08.02.2021 Gündəlik Bürclər (8 Fevral 2021 Günlük Bürclər)

07 Şubat 2021
3 929
0
08.02.2021 Gündəlik Bürclər (8 Fevral 2021 Günlük Bürclər)
Qoç
Çox uğurlu gündür. Bundan səmərəli istifadə etmək üçün çoxdan planlaşdırdığınızı reallaşdırın. Gün ictimai tədbirlərdə iştirak baxımından da münasibdir. Bu gün yeni tanışlığa asanlıqla imza atırsınız.

Buğa
Sakit və xoş gündür. Elə bir gündür ki, onu istədiyiniz kimi keçirə bilərsiniz. Qayğı və problemləri asanlıqla başınızdan atacaqsınız. Günün ikinci yarısından sonra işgüzar fəallığınız aşağı düşəcək. Ona görə də bu vaxtı xoş məşğuliyyətə həsr edə bilərsiniz.

Əkizlər
Fəaliyyətinizdə yaradıcı işlərə yer ayırın. Diqqət və səliqəlilik tələb olunan işlərdə diqqətinizi tez cəmlədiyiniz üçün işiniz asanlaşacaq. Ünsiyyət baxımından əlverişli gün deyil. Ona görə də yaxınlarla az təmasda olun.

Xərçəng
Şəraiti dəyişmək üçün münasib gündür. Yaxşı olar ki, yola gözəl kampaniya ilə çıxasınız. Alış-veriş də edə bilərsiniz. Ancaq romantik münasibətlərin təməlinin qoyulması baxımından əlverişli gün deyil.

Şir
Çətin və ziddiyyətli gündür. Neqativ emosiyalar hökmranlıq etdiyindən gərginlik artacaq. Kin-küdurət üzündən baş verənlərə görə sonradan peşmançılıq çəkəcəksiniz. Vicdan əzabı depressiyaya doğru aparacaq. Günün ikinci yarısından sonra səhhətiniz pisləşəcək.

Qız
Bacarıqlarınız bu gün üzə çıxacaq. Tez-tez prioritetinizi dəyişirsiniz. Bu, ətrafdakılara qaranlıq görünür. Yeni tanışlıq üçün münasib gündür.

Tərəzi
Yaradıcı “Tərəzi”lər üçün uğurlu gündür. Uğurlu alış-veriş edəcəyiniz ehtimal olunur. Gün bayrama hazırlıq baxımından əlverişlidir. Bu günə romantik görüş təyin edə bilərsiniz.

Əqrəb
Şəxsi müstəvidə mənfi tendensiyalar hökmranlıq edir. Bu isə o deməkdir ki, böyük ehtimalla valideynlərinizlə, dostlarınızla mübahisə edəcəksiniz. Bundan qaçmaq mümkün olmayacaq və özünüzü idarə etməkdə çətinlik çəkəcəksiniz.

Oxatan
Kifayət qədər sakit gündür. Çətin ki, əvvəlcədən qurduğunuz planları kimlərsə poza bilsin. Qəliz tapşırıqları həll edə bilərsiniz. Günün emosional mənzərəsi xoş olacaq, yaxşı əhval-ruhiyyənizi qoruyub saxlayacaqsınız.

Oğlaq
Özünüzü yaxşı tərəfdən nümayiş etdirmək üçün məhsuldar gündür. Maraqlı təkliflər almağınız gözlənilir. Ulduzlar təklifi qəbul etməyi məsləhət görür, peşman olmayacaqsınız. Yaşlı qohumlarla münasibətiniz soyuq olacaq. Amma buradakı harmoniyanı tez bərpa edə biləcəksiniz.

Dolça
Yığılıb qalmış məsələlər öz həllini gözləyir. O üzdən yeni işdən yapışmayın. Yaxşı olar ki, birinci növbədə köhnədən qalanları həll edəsiniz. Vaxt itkisinə yol vermək olmaz. Fiziki yükün də sizə faydası dəyəcək – enerji alacaqsınız.

Balıqlar
Istənilən görüş üçün günün ikinci yarısı münasib hesab edilir. Bu anlarda pozitiv emosiyalarınızı paylaşa bilərsiniz. Qısa müddətli gəzinti üçün də əlverişli gündür. Əgər uzaq yola çıxacaqsınızsa, onda hazırlığınıza diqqət yetirin ki, heç nə yaddan çıxmasın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.