04.06.2021 Gündəlik Bürclər (4 İyun 2021 Günlük Bürclər)

03 Haziran 2021
3 321
0
04.06.2021 Gündəlik Bürclər (4 İyun 2021 Günlük Bürclər)
Qoç
Bu gününüzün uğurlu olacağı gözlənilir. Keçmişdə olub-bitənlərlə bağlı analizləriniz sizin düzgün nəticəyə gəlməyinizə və yenidən ötən səhvləri təkrarlamamağınıza səbəb olacaq. Sizdən narazı qalan yaşlı qohumlarla münasibətləri yaxşılaşdıracaqsınız.

Buğa
Siz bu gün diqqəti cəlb edəcəksiniz, çoxları böyük məmnuniyyətlə sizinlə gününü keçirəcək. Təriflərə, maraqlı təkliflərə uyaraq ehtiyatsızlığı əldən verməyin. Ulduzların məsləhətinə görə, yaxşı tanımadığınız adamlara etibar etməyin.

Əkizlər
Gün kifayət qədər uğurlu olacaq. Bürcün nümayəndələrinin hansı işdən yapışmalarından asılı olmayaraq onları uğur gözləyir. Emosional fon xoş olacaq, yaxınlarla münasibət qurmaqda çətinlik gözlənilmir. Özünə yar axtaran nümayəndələr də tapıntılarıyla sevinəcəklər.

Xərçəng
Gün kifayət qədər xoş keçəcək. Gün incəsənət aləminin ziyarəti üçün münasibdir. Ulduzlar xəbərdarlıq edirlər ki, bu günə uzaq səfərlər planlaşdırmayın. Çünki gözlədiyinizin tam əksi olaraq darıxdırıcı və maraqsız yol olacaq. Maraqlı tanışlıq, yalnız köhnə tanışlardan gələn təklifi qəbul edən nümayəndələri gözləyir.

Şir
Gün pul məsrəfilə bağlıdır. Alış-verişin böyük qisminin uğurlu olacağı, lakin lazım olan qədərdən çox pul xərcləyəcəyiniz bildirilir. Bürcün bəzi nümayəndələri düzgün hüsablama aparmadıqları üçün son günlərdə borc almaq məcburiyyətində qalacaqlar.

Qız
Gözləmədiyinz uğur çətin işinizin qələbə ilə nəticələnməsinə stimul olacaq. Sözügedən çətin iş təkcə sizin deyil, yaxınlarınızın da narahatlığına səbəb olmuşdu. Həyat eşqinin yüksək olması sizin yorulmadan çalışmağınıza dəlalət edir. Yeni tanışlıq da istisna edilmir.

Tərəzi
Xırda məsələləri həll etmək mümkün olan neytral gündür. Qısası, ciddi çətinliklər gözlənilmir. O üzdən də istədiyiniz məşğuliyyətlə başınızı qata bilərsiniz. Fiziki yükdən uzaq durmağınız məsləhətdir. Ulduzların məsləhətinə görə, orqanizminizi vitaminlə təmin edin.

Əqrəb
Bu gününüz uğurludur. Xırda məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Planlaşdırmadan yola çıxacağınız ehtimal edilir. Köhnə dostlardan birini qonaq dəvət edəcəyiniz gözlənilir. Ev şənliklərini qurmaq isə sizin üçün su içmək kimi bir işdir.

Oxatan
Gün gözlənilməz xoş olaylarla bağlıdır. Uğurlu imkanın yaranması sizə planlaşdırdığınız işlərin öhdəsindən gəlməyə şərait yaradacaq. Bunlardan biri də sizin köhnə dostunuzla görüşünüzdür. Qiymətli hədiyyə alacağınız ehtimal edilir.

Oğlaq
Uğurlu gündür. “Oğlaq”lar maddi vəziyyətlərini bir balaca yaxşılaşdıracaq, şəxsi işlərini qaydaya salacaqlar. Sizə köməklik etməyə hazır olan adamlarla tanışlıq gözlənilir. Ehtimal ki, ciddi romantik macəra yaşayasınız.

Dolça
Ətrafdakıların xoşuna gəlmək istəyi düşünülməmiş addımlar atmaqla, hətta fikirləşdiyinizin əksini dilə gətirməklə nəticələnəcək. Bu isə sizin çətin duruma düşməyinizə səbəb olacaq. Ailə problemləri, həyəcanlanmağa vadar edən bir sıra məsələlər ortalığa çıxacaq. Siz sakit həyat arzusuyla məsələyə aydınlıq gətirmək istəyəcəksiniz, amma buna ümid etməyin.

Balıqlar
Sizi gözləmədiyiniz görüşlər gözləyir. Yeni tanışlarınız isə dəridən-qabıqdan çıxacaqlar ki, etibarınızı qazansınlar. Sirlərinizi paylaşmadan öncə yaxşıca fikirləşin ki, bu, sizdən savayı kimlər üçün maraqlıdır. Şəxsi münasibətlərdə artıq nikbinliyin yeri yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.