18.06.2021 Gündəlik Bürclər (18 İyun 2021 Günlük Bürclər)

17 Haziran 2021
3 477
0
18.06.2021 Gündəlik Bürclər (18 İyun 2021 Günlük Bürclər)
Qoç
Maddi vəziyyətinizin yaxşılaşacağı bildirilir. Bununla belə, ulduzlar alış-verişə tələsməməyi məsləhət görür. Sevgilinizlə dalaşacağınız da istisna deyil. Nə qədər ki, ağıl hissləri idarə edir, münasibətlərə görə narahat olmağa dəyməz.

Buğa
Işləmək üçün əla gündür. Parlaq ideyalarınızı ətrafdakılarla bölüşmək istəyəcəksiniz. Gördüyünüz işlər hədər getməyəcək və yüksək mükafatlandırılacaqsınız. Bu gün uzaq səfərə çıxmayın.

Əkizlər
Uğurlu gündür. Özünə inamı itirməməyiniz uğur qazanmaq üçün kifayət edir. Gün sövdələşmə imzalamaq üçün əlverişlidir. Sizin üçün maraqlı olan şəxsin diqqətini cəlb edəcəksiniz.

Xərçəng
Gün xoş emosional mənzərəsi ilə seçiləcək. Yaxşı əhvalda olacaqsınız. Daxili tarazlığınızı heç nə pozmayacaq. Özünüzlə bağlı gözəl təəssüratlar yaratmaq istədiyiniz adamla görüşmək üçün axşam saatları münasibdir.

Şir
Əylənmək, yaxınlarla ünsiyyət üçün yaxşı gündür. Gün həm işgüzar, həm də əyləncəli səfərlər ücün əlverişlidir. Qohumlar həyatınıza bir sıra çətinliklər gətirəcək. Onların problemlərinin həllilə məşğul olacaqsınız.

Qız
Bu gün çox tənbəl olacaqsınız. Bu səbəbdən də işlərinizi təxirə salmaq fikrinə düşəcəksiniz. Heç kimin dil tapa bilmədiyi adamlarla belə ünsiyyət qura biləcəksiniz.

Tərəzi
Yeni işlərə girişməyin. “Tərəzi” özgələrinin səhvi üzərində öyrənmirlər, öz yanlış addımlarından nəticə çıxarırlar. Romantik görüş, dostlarla ünsiyyət üçün münasib zamandır. Səfərə də çıxmaq olar.

Əqrəb
Işgüzar məsələlərin həlli üçün əlverişli gündür. Daxili gücünüz və enerjiniz kifayət qədərdir. Cəmiyyət üçün faydalı işlər görmək baxımından yaranan imkanı əldən verməyəcəksiniz. Çəkdiyiniz zəhmətdən razı qalacaqsınız.

Oxatan
Əhəmiyyətli iş görə bilməyəcəksiniz. Gün yorucu və çətin görünəcək. Axşama doğru sizi ən xırda məsələ belə, hövsələdən çıxaracaq. Günün ikinci yarısını təhsilə sərf etmək olar. Intellektual fəaliyyət zövq verəcək.

Oğlaq
Günün emosional mənzərəsi xoş olmayacaq. Həmkarlarla aranızdakı münasibət gərginləşəcək. Ən böyük səhviniz isə işdə məhəbbət macərasına baş qoşmağınız olacaq.

Dolça
Vaxtınızı küləyə sovurmasanız, gününüz məhsuldar keçər. Qarşınıza qoyulan tapşırıqlar az olmayacaq. Onların həlli üçün kifayət qədər biliyə, təcrübəyə və enerjiyə sahibsiniz. Ideyalarınız ətrafdakılar tərəfindən xoş qarşılanacaq.

Balıqlar
Işgüzarlıq səviyyəniz yüksək olacaq. Yadda saxlayın ki, professional gələcəyiniz baxımından asılı olan adam sizi daim izləyir. Günün ən pis tərəfi sizin hər xırda məsələyə görə qanınızı qaraltmağınız olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.