27.06.2021 Gündəlik Bürclər (27 İyun 2021 Günlük Bürclər)

26 Haziran 2021
3 208
0
27.06.2021 Gündəlik Bürclər (27 İyun 2021 Günlük Bürclər)
Qoç
Gün ciddi problemlər gətirəcək. “Qoç”lar ən müxtəlif sahələrdə çətinliklərlə qarşılaşacaqlar. Siz məsuliyyəti üzərinə ata biləcəyiniz adamın axtarışındasınız. Amma bu cəhdiniz əbəsdir. Çünki son nəticədə yenə də yükü siz daşımalı olacaqsınız.

Buğa
Hərəkətlərinizin məqsədi heç özünüzə də bəlli deyil. Bu üzdən də hansısa uğurdan söhbət gedə bilməz. “Buğa”lar mənəvi dayaq tapacaqlar deyə, çətinliklərin öhdəsindən gələ biləcəklər. Arzu-istəkləriniz, problemləriniz barədə danışmaqdan çəkinməyin, sizi dinləyən tapılacaq.

Əkizlər
Baş verənləri görməzdən gəlməyiniz, reallıqla barışmamağınız ətrafdakılarla münasibət qurmaqda çətinliklər yaradacaq. Amma yaradıcılıq potensialınız yüksəkdir. Çalışın, bundan istifadə edəsiniz.

Xərçəng
Pozitiv tendensiyalar güclü olmasına baxmayaraq, çətinliklərlə qarşılaşacaqsınız. Bütün bunlar həllini gözləyən psixoloji problemlərlə bağlıdır. Yenidən qorxu, narahatlıq sizi bürüyəcək. Ehtimal ki, maliyyə çətinliyi də olacaq.

Şir
Çətinliklər istisna edilmir. Yeni layihələrə başlamaq olar. Gün köhnə əlaqələrin bərpası, ailə-məişət problemlərinin yoluna qoyulması üçün münasib hesab edilir. Bu gün mənəvi dayağa ehtiyacı olan, çətinliyə düşən kəslərə isti münasibət göstərəcəksiniz.

Qız
Uğur qazanmaq şansınız var. Amma bunun üçün hansısa mötəbər bir şəxsə müraciət etməli olacaqsınız. Nikbin baxışlarınızla ən çətin tapşırığa belə cavab tapacaqsınız. Ehtimal ki, ya gəlir, ya da qiymətli hədiyyə alacaqsınız.

Tərəzi
Xoşagəlməz, gözlənilməz hadisələrə hazır olun. Planları dəyişməli olacaqsınız. Işgüzar münasibətlərdə çətinliklər özünü göstərəcək, məhsuldar əməkdaşlıq gözlənilmir. Evdə də problemlər meydana gələcək. Bu, texniki avadanlığın sıradan çıxmasıyla özünü göstərəcək.

Əqrəb
Işlərə sakit yanaşsanız, uğur əldə edə bilərsiniz. Xüsusilə gündəlik işlərə münasibətdə soyuqqanlılıq nümayiş etdirə bilsəniz, yaxşı olar. Bürcün bir sıra nümayəndələri gözlənilməz səfərə çıxacaqlar. Amma təəssüf ki, bu, uğurlu səfər olmayacaq.

Oxatan
Uğura gedən yolun açarı əməkdaşlıqdan asılıdır. Bu səbəbdən də sizə uzanan yardım əllərini geri qaytarmayın. Məşhur xanımlarla bu gün ünsiyyətdə olmaq üçün ən münasib gündür. Şəxsi həyatda baş verən dəyişiklikdən qorxmayın.

Oğlaq
Problemləriniz olacaq və bunun əsas səbəbkarı da siz özünüzsünüz. Bu gün adi məsələni şişirtməklə artıq problemlər yaradacaqsınız. Müdiriyyətlə də aranızda fikir ayrılığı olacaq. “Oğlaq”ların əksəriyyəti həmkarları ilə mübahisə edəcək. Günün ikinci yarısında isə vəziyyət stabilləşəcək.

Dolça
Günün birinci yarısı xoş emosional mənzərəsilə seçiləcək. Bu zaman bütün vacib işlərin gerçəkləşdirilməsi üçün münasib hesab edilir. Günün ikinci yarısında isə dostların əhatəsində əylənmək olar. Maraqlı tanışlıq da gözlənilir.

Balıqlar
Vacib məsələlərin müzakirəsi və görüşlərin keçirilməsi üçün əlverişli gündür. Əgər ictimai tədbirlərdə çıxış etsəniz, nitqiniz yaddaqalan olacaq. Məhsuldar fəaliyyətiniz gələcək uğurlarınızın bünövrəsini qoyacaq. Amma etibar etdiyiniz adamın sizi pis vəziyyətdə qoyması günün mənfi tərəfi olacaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.