01.07.2021 Gündəlik Bürclər (1 İyul 2021 Günlük Bürclər)

30 Haziran 2021
3 215
0
01.07.2021 Gündəlik Bürclər (1 İyul 2021 Günlük Bürclər)
Qoç
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil.

Buğa
Həyat eşqi o qədər də yüksək səviyyədə olmayacaq. Gücünüzü bərpa etmək üçün istirahət etmək istəyəcəksiniz. Maraqlı tanışlıq gözlənilir.

Əkizlər
Günün birinci yarısı çox uğurlu olacaq. Yeni xəbərlər sizi sevindirəcək. Ehtimal ki, gözlənilməz dəvət alacaqsınız. Ulduzlar təklifi rədd etməyi məsləhət görür. Şəxsi sferada dəyişiklik etmək istəyəcəksiniz.

Xərçəng
Günün birinci yarısı istənilən faydalı işlərin reallaşması üçün uğurludur. Zəhmətinizin dəyərləndirilməsi baxımından çox məhsuldar gündür. Yaxşı olar ki, böyük məbləğli xərcliklərdən uzaq durasınız.

Şir
Günün birinci yarısı həyəcanlı keçəcək. Ancaq getdikcə emosional mənzərə sabitləşəcək və əhvalınız yaxşılaşacaq. Təbii ki, belə vəziyyətdə həyat daha gözəl və xoş görünəcək. Vacib və çətin işləri bu günə planlaşdırmayın.

Qız
Kifayət qədər xoş və uğurlu gündür. Sizin üçün əziz olan adamlarla ünsiyyət xoş təsir göstərəcək. Planlaşdırılmamış alış-veriş üçün münasib gündür. Yaxınlarınızı xoş sürprizlə sevindirə bilərsiniz.

Tərəzi
Işə həvəssiz yanaşırsınız. Buna görə də zəhmətiniz nəticəsiz qalır. Ailə üzvlərinizlə aranızda fikir ayrılığı olacaq, sizin hərəkətlərinizdən narazı qalacaqlar. Münasibətləri korlamamaq üçün konflikt yaranmasına imkan verməyin.

Əqrəb
Əyləncə və istirahət üçün əlverişli gündür. Çoxdan bəri xoşlandığınız adamın qəlbini ələ almaq şansınız olacaq. Yaxın ətrafınız sizi xoş sürprizlərlə, gözlənilməz hədiyyə ilə sevindirəcək. Günün ikinci yarısında işlərin öhdəsindən gələ bilməyəcəksiniz.

Oxatan
Vacib məsələlərin həlli üçün əlverişli gündür. Çalışmağınızın nəticəsi məhsuldar olacaq. Günün qanqaraldıcı tərəfi maliyyə çətinliyi ilə bağlıdır. Xoşbəxtlikdən bu, müvəqqəti xarakter daşıyır.

Oğlaq
Çətin gündür. Yaxınlarınızdan bu gün eşitdiyiniz məsləhətlərə qulaq asın ki, səhvə yol verməyəsiniz. Dolaşıq situasiyaya düşəcəksiniz. Həyatınızı yüngülləşdirməyin yollarını arayın.

Dolça
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzda yenilik etməyi, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadır və buna nail olacaqlar.

Balıqlar
Bürcün bəzi nümayəndələri öz sevgilərini internetdə tapacaqlar. Dostluq məclislərindən imtina etməyin, çünki orada sizi maraqlı tanışlıq gözləyir. Yaxşı olar ki, zərərli vərdişlərdən əl çəkəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.