02.07.2021 Gündəlik Bürclər (2 İyul 2021 Günlük Bürclər)

01 Temmuz 2021
3 375
0
02.07.2021 Gündəlik Bürclər (2 İyul 2021 Günlük Bürclər)
Qoç
Günün birinci yarısı işdə uğur, faydalı sövdələşmə və maraqlı işgüzar təklif alacaqsınız. Həyat eşqi sönük olacaq. Bu səbəbdən də səhhətinizdə problemlər yarana bilər.

Buğa
Çətinliklərdən qaçmaq mümkün olmayacaq. Konfliktlərlə, mübahisələrlə zəngin gündür. Işdə də çətinliklər olacaq. Pul xərcləyərkən düzgün planlaşdırma aparmırsınız. Bu da yaxınlarınızın diqqətindən yayınmayacaq.

Əkizlər
Çox problemləri həll edəcəksiniz. Söhbət o problemlərdən gedir ki, onları özünüz yaratmısınız. Xoşbəxtlikdən nikbinlik hissi sizi tərk etməyəcək. Sahib olduğunuz gücü düzgün dəyərləndirə bilməyəcəksiniz.

Xərçəng
Gün xoş görüşlər vəd edir. Köhnə dostla görüş bir çox hadisələrə real gözlə baxmağa kömək olacaq. Yola çıxmaq üçün münasib gün deyil. Günü evdə keçirsəniz, əhvalınız yaxşı olar.

Şir
Dolaşıq situasiyaya düşəcəksiniz. Bu vəziyyətdə özünüzü necə aparmaq lazım gəldiyini bir anlıq bilməyəcəksiniz. Mötəbər şəxslərlə görüşəcəyiniz ehtimal olunur. Sizin yaxşı keyfiyyətləriniz də diqqətdən kənarda qalmayacaq.

Qız
Malik olduğu gücə şübhə ilə yanaşanlar bu gün parlaq nəticə əldə edəcəklər. Faydalı sövdələşməyə imza atacaqsınız. Ehtimal ki, işinizi yüksək məvacibli yeni iş yeri ilə əvəz edəcəksiniz.

Tərəzi
Faydalı əməkdaşlığın, yeni işgüzar münasibətlərin təməlini qoyacaqsınız. Günün ikinci yarısında xoş sürprizlə qarşılaşacaqsınız. Səfərlərinizi bu günə planlaşdıra bilərsiniz.

Əqrəb
Faydalı bilgi əldə edəcəksiniz. Işgüzar görüşlər yaxşı keçəcək. Maraqlı təklif alacağınız bildirilir. Ehtimal ki, işdə məhəbbət macərası yaşayacaqsınız. Böyük miqyaslı sövdələşmə üçün münasib gündür.

Oxatan
Günün maliyyə mənzərəsi yaxşı olmayacaq. Bu səbəbdən də qənaətcil olmağa çalışın, planlaşdırılmamış alış-veriş etməyin. Qohumlarla aranızda fikir ayrılığı yaranacaq. Elmi ədəbiyyatın mütaliəsi, təhsil üçün günün ikinci yarısı əlverişlidir.

Oğlaq
Çətin və gərgin gündür. Günün ikinci yarısında gərginlik daha da artacaq. Stresdən qurtulmaq üçün yollar arayın. Axşam saatlarında xoş xəbər eşidəcəksiniz.

Dolça
Uğurlu gündür. Gün böyük nailiyyətlər vəd edir. Əlinizə götürdüyünüz işin çəkisindən asılı olmayaraq, hamısının öhdəsindən parlaq şəkildə gələcəksiniz. Biznes sahəsində çalışanları ciddi inkişaf gözləyir.

Balıqlar
Ehtimal ki, həyatınızda əhəmiyyətli rol oynayacaq adamla tanış olacaqsınız. Bürcün bir çox nümayəndələri bu gün qonaq qarşılayacaqlar. Axşam saatları profilaktik prosedurlar üçün münasibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.