03.07.2021 Gündəlik Bürclər (3 İyul 2021 Günlük Bürclər)

02 Temmuz 2021
3 208
0
03.07.2021 Gündəlik Bürclər (3 İyul 2021 Günlük Bürclər)
Qoç
Günün emosional mənzərəsi yaxşı deyil. Heç bir səbəb olmadan fikrinizi tez-tez dəyişəcəksiniz. Təhsildə problem ola bilər. “Qoç”lar bu gün başqa vaxt əhəmiyyət vermədikləri adi hadisədən belə təsirlənəcəklər, əsəb gərginliyi yaşayacaqlar. Sizin bu gün mənəvi dayağa ehtiyacınız olacaq.

Buğa
Kifayət qədər həyəcanverici, kədərli anlar yaşayacaqsınız. Bu gün milçəkdən fil düzəltmək sizin əlinizdə su içmək kimidir. Əhəmiyyət verməyə dəyməyən hadisələri nahaq yerə ürəyinizə dərd edəcəksiniz.

Əkizlər
Çətin gündür. Əhatənizdə nə qədər az adam toplanarsa, bir o qədər yaxşı olar. Xüsusilə də bu, günün birinci yarısına aiddir. Bu gün daha tez yorulacaqsınız. Etibar etdiyiniz adamlar sizin zəif tərəflərinizdən istifadə edəcək.

Xərçəng
Başqalarının təsiri altına tez düşürsünüz. Siz zərər görəcəyinizi bilə-bilə addım atacaqsınız. Xoşbəxtlikdən ən yaxın adamınız sizdə baş verən halları dərindən anlamasa belə, tərəfinizi buraxmayacaq. Uzun müddətli planların və maliyyə məsələlərinin müzakirəsindən bu gün uzaq durun.

Şir
Ətrafdakılarla münasibətlər getdikcə gərginləşir. Gün şərikli işə başlamaq üçün uğursuz hesab edilir. Bu gün təşvişə tez düşürsünüz. O cümlədən sizin istədiyiniz kimi hərəkət etməyənləri də düşmən siyahısına yazacaqsınız.

Qız
Çətin gnlərdən biridir. Kimlərlə iş qurursunuzsa, onları dinləmək lazımdır. Təkcə özünüzün deyil, özgələrinin də ideyalarına qulaq asın. Işgüzar müstəvidə proseslər yaxşılığa doğru inkişaf gedəcək. Çətin duruma düşmüş yaxınınıza əl uzatmaq məcburiyyəti müəyyən məsrəflərə gətirib çıxaracaq.

Tərəzi
Çox məhsuldar gündür. Istənilən işin öhdəsindən gələcəksiniz. Biznes sahəsində geniş imkanlar açılacaq. Üümumiyyətlə, işgüzar müstəvidə uğurlarınız olacaq. Hökumət orqanlarının nümayəndələrilə görüşünüz yaxşı keçəcək. “Tərəzi”lər bu gün özlərindən razı qalacaqlar.

Əqrəb
Situasiya sizin sandığınız kimi olmaya bilər, amma bu, məqsədə çatmaqda sizə mane olmayacaq. Ehtimal ki, gəliriniz olacaq. Ümumiyyətlə, mübahisəli maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq. Bu gün intellektual işlə məşğul olmaq, imtahan vermək, çətin tapşırıq həll etmək baxımından da əlverişli gündür.

Oxatan
Qonaq qarşılamaq, təmtəraqlı mərasimlər keçirmək üçün münasib zamandır. O sahədə ki, fantaziya və yaradıcılıq tələb olunur, orada siz əvəzsizsiniz. Bu gün biznesə pul yatırmaq, büdcə palnlaşdırmasını etmək, hesabat yazmaq məsləhət deyil.

Oğlaq
Bu günə ciddi problemlərin olacağı gözlənilir. Elə bilməyin ki, bu problemlərin həlli asan olacaq. Xüsusilə də qadınlarla bu gün anlaşa bilməyəcəksiniz. Bu gün böyük lahiyəni reallaşdırmaq üçün sövdələşməyə imza atmağınız məsləhət deyil. Yaxşı olar ki, bu gününüzü yaxınların əhatəsində istirahətlə başa vurasınız.

Dolça
Bir sıra “Dolça”lar işdə səhvlərə yol verəcəklər, öz güclərini düzgün qiymətləndirməyəcəklər. Planları lazımi anda dəyişməli olacaqsınız. Şəxsi müstəvidə həllini gözləyən məsələləri incələmək baxımından məhsuldar gündür.

Balıqlar
Planlaşdırdıqlarınızı həyata keçirə bilməyəcəksiniz. Yaxşı olar ki, bu gün xırda məsələlərin həllinə diqqət ayırasınız. Ən xırda detallara belə, diqqət yetirmək lazımdır, çünki əhəmiyyət vermədən ötürdüyünüz faktorlardan sonradan sizə qarşı istifadə oluna bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.