14.07.2021 Gündəlik Bürclər (14 İyul 2021 Günlük Bürclər)

13 Temmuz 2021
3 961
0
14.07.2021 Gündəlik Bürclər (14 İyul 2021 Günlük Bürclər)
Qoç
Çətin gündür. Həmişə yardım aldığınız adamla mübahisə edəcəyiniz gözlənilir. Düşünülməmiş addımlar atmayın. Axşam vacib məlumat alacaqsınız.

Buğa
Ulduzlar bu gün səhhətinizə fikir verməyi tövsiyə edir. Xroniki ağrıların kəskinləşməsi, zədə istisna deyil. Yaxın ətrafınızdakılarla aranızda çözə bilmədiyiniz adi məsələlərdə güzəştə getməyi bacarın.

Əkizlər
Alış-veriş üçün əlverişli vaxtdır. Təmirə başlamaq, ev əşyalarını yeniləmək olar. Əziz adamlardan birindən nigaranlıq doğuran xəbərin alınması ehtimalı da var. Problemi həll etmək olar.

Xərçəng
Bu günə böyük miqyaslı layihələr planlaşdırmayın. Intuisiyanız sizə nə zaman və necə hərəkət etməyin gərək olduğunu deyəcək. Axşam saatlarında başağrısı, yuxusuzluq istisna deyil.

Şir
Bu gün təkbaşına çalışmağınız məsləhətdir. Həmkarlar və yaşlı qohumlarla münasibətlərdə problemlər yaratmayın. Yumor hissini unutmayın. Ünvanınıza söylənilən tənqidə dözümlü yanaşın.

Qız
Işlər çoxdur və onları da mütləq yerinə yetirməlisiniz. Bu gün yeni işə başlamayın. Karyera ilə bağlı planlar reallaşmaya bilər. Bunun üçün bütün şanslardan yararlanın.

Tərəzi
Məqsədə çatmaq üçün çox səy göstərməlisiniz. Mühüm görüşdə diqqətli olun. Mübahisə və boş söhbətlərə çox vaxt sərf etməyin. Sizi idarə etmək, işlərinizə və həyatınıza müdaxilə etməyə kimsəyə imkan verməyin.

Əqrəb
Uğurlu gündür. Maliyyə durumunuzda irəliləyişlərə nail ola bilərsiniz. Ancaq bu gün mühüm sənədləri imzalamayın. Işdə davamlı səhvlərə yol verməyin. Günün ikinci yarısında səhhətinizə fikir verin.

Oxatan
Bu gün ilkin təəssüratlara aldanmayın və ünsiyyətdə olduğunuz insanlara həddən ziyadə bel bağlamayın. Ümidləriniz doğrulmaya bilər. Qərar verərkən başqalarının maraqlarını da nəzərə alın.

Oğlaq
Bu gün yeni işə başlamaq olar. Sənədlər iş görərkən maksimum diqqətli olmağa çalışın. Günorta uzaqdan xəbər gələcək. Qəfil görüşə, qonaq qəbuluna hazır olun.

Dolça
Yeni işə başlamaq üçün uğurlu gün deyil. Yaxşı olar ki, bu gün hövsələsizliyə yol verməyəsiniz. Yaxşı tanıdığınız insanlarla təmasda olun. Yaxınlarınızın diqqəti xüsusilə önəmlidir.

Balıqlar
Məhsuldar gündür. Lakin xoşagəlməz xəbər də istisna deyil. Maddi durumunuzu yaxşılaşdırın. Haqqınızı tapdamağa kimsəyə icazə verməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.