20.08.2021 Gündəlik Bürclər (20 Avqust 2021 Günlük Bürclər)

19 Ağustos 2021
2 912
0
20.08.2021 Gündəlik Bürclər (20 Avqust 2021 Günlük Bürclər)
Qoç
Ünsiyyət üçün münasib gün deyil. Rəhbərliklə aranızda fikir ayrılığı yaranacaq. Xırda anlaşılmazlıqlar əhvalınızı korlayacaq. Xırda alış-veriş etmək olar. Bu gün aldıqlarınız sizi çox sevindirəcək. Hər hansı tədbirə qatılarkən geyiminizə diqqət yetirin.

Buğa
Məhsuldar gündür. Ola bilsin ki, çox işləməyəcəksiniz, amma parlaq nəticələrə sahib olacaqsınız. Bu gün işgüzar danışıqlar aparmaq, sənədləşmə işi ilə məşğul olmaq üçün münasibdir. Həmçinin bu gün alacağınız informasiya faydalı olacaq. Axşam saatlarını yaxınların ətrafında keçirin.

Əkizlər
Kifayət qədər çətin gündür. Narahat olmayın, bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Əks cinsin mənsubları ilə ehtiyatlı olun, münaqişə yarana bilər. Bu gün meydana gələn suallar ətrafdakılara çətin gəlsə də siz onların həlli yollarını tez tapacaqsınız.

Xərçəng
Baş verənlərin sizə birbaşa aidiyyəti olmasa belə, hadisənin mərkəzində olmaqdan xoşunuz gəlir. Macəra sevən şəxslər bu gün rəğbətinizi qazanacaqlar. Daha sonra siz onlardan nə səbəbə xoşlandığınızı anlayacaqsınız. Bu gün təməli qoyulan romantik əlaqə ehtiraslı, ancaq uzunmüddətli olmayacaq.

Şir
Plan üzrə hərəkət etmək çətin olacaq. Bəzi hərəkətləriniz ətrafdakılara xoş təsir bağışlamayacaq. Bu üzdən ünvanınıza söyləniləcək tənqidlərə özünüzü hazırlayın. Yaxşı olar ki, tənqidləri sakitliyinizi pozmadan qəbul edəsiniz. Dostlar köməyinizə gələcək.

Qız
Daima məşğulsunuz. Təəssüf ki, heç də vacib olmayan işlər üçün də zaman sərf edirsiniz. Halbuki xırda, ancaq vaxt aparan işləri bir başqasına da həvalə etmək olar. Emosional gərginlik baxımından günün ortaları seçiləcək. Bu vaxt əhvalınız dəyişkən olacaq, işdə diqqətinizi toplaya bilməyəcəksiniz.

Tərəzi
Çətin suallara cavab tapacaqsınız. Həqiqəti bilmək naminə dərinliyə getməyə tənbəllik etməyin. Şəxsi müstəvidə vəziyyət yaxşı olmayacaq. Sevdiyiniz adamın səmimiliyinə şübhə ilə yanaşacaqsınız. Ulduzlar məsləhət görür ki, şübhələr içində qovrulmaqdansa, birbaşa sual verin. Qarşı tərəf doğru cavab verəcək.

Əqrəb
Gün istər işgüzar, istərsə də şəxsi müstəvidə sizi pis təəccübləndirəcək. Məlum olacaq ki, siz hədəfi düz seçməmisiniz. Bu üzdən yanlış yolda olduğunuz üzə çıxacaq. Gəlirinizin olacağı da istisna deyil, pulun ehtiyacınız olan məqamda gəlişi sizin üçün yerinə düşəcək.

Oxatan
Hər xırda məsələyə görə qanınızı qaraltmayın. Yaxşı olar ki, uyğun məqamı səbrlə gözləyəsiniz. Bu, günün ikinci yarısında baş verəcək. Bu gün əks cinsin nümayəndələrini cəlb edə bilərsiniz. Siz kiminləsə yaxınlıq edirsinizsə, deməli, o buna layiqdir.

Oğlaq
Işgüzar danışıqlar üçün münasib gündür. Bürcün bəzi nümayəndələrinin iş yerlərini daha çox məvacib şərtilə yenisi ilə əvəz etmək şansı olacaq. Ehtimal ki, gəliriniz də olacaq. Eyni zamanda gözlənilməz hədiyyə də istisna deyil. Fiziki iş, idmanla məşğul olmaq üçün əlverişli gündür.

Dolça
Tələsməyin. Xüsusilə də günün birinci yarısında yaşanan problemlər tələsik həll tələb etməyəcək. Qadınlarla ehtiyatlı olun. Günorta çağlarında göylərdə uçmayın, müşahidə edin ki, ətrafınızda baş verənləri anlaya biləsiniz. Günün ikinci yarısında fikirlərinizi paylaşmayın, planlarınızı müzakirə etməyin.

Balıqlar
Ictimai tədbirlərə qatılmağınız sizi sevindirəcək. Sanballı məsləhət verə biləcək, qiymətli informasiya paylaşacaq adamlarla görüşəcəksiniz. Günorta vaxtı fikirlərinizi özünüzə saxlayın. Bu davranışla mənasız söhbətlərdən və mübahisədən yaxa qurtaracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.