19.08.2021 Gündəlik Bürclər (19 Avqust 2021 Günlük Bürclər)

18 Ağustos 2021
3 650
0
19.08.2021 Gündəlik Bürclər (19 Avqust 2021 Günlük Bürclər)
Qoç
Işgüzar danışıqlar yaxşı keçəcək. Yeni müttəfiq tapacaqsınız. Günün ikinci yarısında köhnə dostlardan biri ilə görüşəcəksiniz. Maraqlı təklif alacağınız da istisna deyil.

Buğa
Çətinliklər sizi qorxutmayacaq. Şərikli iş birliyi məhsuldar olacaq. Dostlarla görüş gözlənilir. Işgüzar fikirlərinizi reallaşdırmaq məsələsində dostlar köməyinizə gələcək.

Əkizlər
Maraqlı və xoş gündür. Günün emosional mənzərəsi sabit qalacaq. Hətta ən çətin işlərə belə, həvəslə girişəcəksiniz. Gün işgüzar görüş üçün münasibdir. Uğurlu alış-veriş sizi gözləyir.

Xərçəng
Xırda anlaşılmazlıq yaşanacaq. Bu gün qadınlarla dil tapmaq çətin olacaq. Həyat eşqi aşağı olacaq. Bu səbəbdən istənilən işi görmək üçün böyük səy göstərməli olacaqsınız.

Şir
Işsiz bir dəqiqə də olsun, durmursunuz. Gün istər işgüzar, istərsə də romantik əlaqə qurmaq baxımından yaxşıdır. Maddi durumunuz da bu gün yaxşı olacaq.

Qız
Gün olaylarla zəngindir. Ancaq baş verənlərin heç də hamısı xoş olmayacaq. Günün ikinci yarısında parlaq nəticə əldə etmək şansınız var. Bu gün təməli qoyulan əlaqə qeyri-adi xarakter daşıyacaq. Bu əlaqə sizə çox şey öyrədəcək.

Tərəzi
Adi gün deyil. Intellektual fəaliyyətdən zövq alacaqsınız. Yaxşı olar ki, boş söhbətlərə vaxt ayırmayın. Hədiyyə və ya pul alacağınız da istisna deyil.

Əqrəb
Heç kimə imkan verməyin ki, seçdiyiniz yoldan sizi yayındırsın. Yaxınlarla aranızdakı münasibəti aydınlaşdırmaq üçün problemləri müzakirəyə çıxarın. Sevdiyiniz adamla aranızda qarşıdurma yaranmasına imkan verməyin.

Oxatan
Uğurlu gündür. Istənilən tapşırığın öhdəsindən gələ bilərsiniz. Işlə bağlı maraqlı təklif alacaqsınız. Yaxınlarınız dediklərinizə qulaq asacaqlar. Mübahisələrin yaranmasına imkan verməyəcəksiniz.

Oğlaq
Maliyyə baxımından əlverişli gündür. Gəlirinizin olacağı gözlənilir. Sövdələşmə və alqı-satqı uğurlu olacaq. Qadınlarla (xüsusilə də yaşlı qohumlarla) aranızda fikir ayrılığı olacaq.

Dolça
Asan uğurlara nail olacaqsınız. Bir sıra işlərdə bəxtiniz gətirəcək. Çətin duruma düşən şəxslərə yardım, xeyriyyə işlərində iştirak baxımından əlverişli gündür. Gözlənilməz gəliriniz ola bilər. Hədiyyə də ala bilərsiniz.

Balıqlar
Işgüzarlıq səviyyəniz aşağı düşəcək. Işdə uğura ümid etməyin. Işdə səhvə yol verməmək üçün səy göstərərkən ən maraqlı imkanları da qaçıracaqsınız. Bu gün yeni informasiyanı dərk etmək çətin olduğundan təhsil üçün münasib gün deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.