18.08.2021 Gündəlik Bürclər (18 Avqust 2021 Günlük Bürclər)

17 Ağustos 2021
2 323
0
18.08.2021 Gündəlik Bürclər (18 Avqust 2021 Günlük Bürclər)
Qoç
Təəssüf ki, uğurdan çox, problem və çətinliklər gözlənilir. Sizdən tələb edilən yeganə iş çətin situasiyadan düzgün çıxış yolu tapmaqdır. Bir sözlə, bütün tapşırıqlara məsuliyyətlə yanaşmalısınız. Yaxınlarınız sizi müdafiə edəcəklər.

Buğa
Tələskənliyi kənara qoyun. Bütün çətinlikləriniz məhz onunla bağlıdır. Ulduzların iddiasına görə, istənilən işlə, o cümlədən çətin hesablamalar tələb edən tapşırıqlarla məşğul ola bilərsiniz. Yaradıcılıq potensialınızın aşağı olması yaxşı ideyalar qıtlığına səbəb olacaq.

Əkizlər
Müttəfiq seçərkən ehtiyatlı olun. Yaxşı olardı ki, yüksək şəxsi və işgüzar keyfiyyətlərə məxsus olanları seçəsiniz. Şəxsi müstəvidəki işlərə gəlincə, bu sahədə daxili səsinizə güvənə bilərsiniz.

Xərçəng
Əla gündür. Ehtimal ki, çoxdankı arzunuz reallaşacaq. Romantik görüşdən imtina etməyin. O, sizdə xoş təəssürat yaradacaq. Günün ikinci yarısında ciddi xərcləriniz olacaq.

Şir
Qənaətcil olun. Bu gün məsrəflər üçün heç yararlı deyil. Biznes sahəsində investisiya qoyuluşuna da tələsməyin. Rəhbərliklə də aranızda münaqişə olacağı gözlənilir. Şəxsi müstəvidə vəziyyət yaxşı olacaq.

Qız
Işgüzar müstəvidə əlverişli zamandır, rəqiblərdən çəkinmədən irəli addımlaya bilərsiniz. Işinizə məsuliyyətlə yanaşmağınız müdiriyyət tərəfindən layiqincə dəyərləndiriləcək. Yaxınlarınızla isə dil tapmaq çətin olacaq.

Tərəzi
Yaradıcı adamlar üçün uğurlu gündür. Özünüzə rəqib bildiyiniz adamlar üzərində qələbə çalacaqsınız. Sizin ən yaxşı keyfiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Gün əks cinsin nümayəndələrilə münasibət qurmaq baxımından münasibdir.

Əqrəb
Neytral gündür. Bu gün başqalarının səhvlərindən nəticə çıxarmaq üçün münasib zamandır. Yumor hissinizin olması və cazibədarlığınız sizi arzuolunan həmsöhbətə çevirir. Ulduzların iddiasına görə, bu gün sizi maraqlı tanışlıq da gözləyir.

Oxatan
Yarımçıq qalmış işlərinizi tamamlamaq məcburiyyətindəsiniz. O üzdən də çalışmalı olacaqsınız. Təəssüf ki, gözləmədiyiniz yerdə çətinliklərlə qarşılaşacaqsınız. Ailədə və işdə anlaşılmazlıqlar olacaq. Sevindirici mənzərə günün maddi vəziyyətilə bağlıdır. Burada vəziyyət ürəkaçandır.

Oğlaq
Pul gözlənilmir, amma hansısa sənədin imzalanmasıyla gəlirinizin olacağı ehtimal edilir. Mənasız yerə tez-tez küsüşdüyünüz adamla münasibətləri bərpa etmək şansınız olacaq. Ulduzlar bildirir ki, siz sevdiklərinizlə aramsız mübahisələr edirsiniz. Bu da konfliktlə nəticələnə bilər.

Dolça
Bu gün işdə uğurlar gözlənilir. Siz daim diqqət mərkəzində olmaqla tez-tez ünvanınıza təriflər eşidirsiniz. Ehtimal ki, ya qiymətli hədiyyə alacaqsınız, yaxud da xoş sürprizlə qarşılaşacaqsınız. Digər tərəfdən, planlaşdırılmamış qonağınızın da olacağı ehtimal edilir. Ən əsası, siz bu gəlişdən sevinəcəksiniz.

Balıqlar
Köhnə ideya və ya layihələrin reallaşması baxımından münasib gündür. Yaxşı olardı ki, bu gün yumor hissinizə diqqət yetirəsiniz. Çünki bu gün sizin zarafatlarınızın ətrafdakıların qəlbinə toxunmaq ehtimalı var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.