25.08.2021 Gündəlik Bürclər (25 Avqust 2021 Günlük Bürclər)

24 Ağustos 2021
3 286
0
25.08.2021 Gündəlik Bürclər (25 Avqust 2021 Günlük Bürclər)
Qoç
Intellektual iş üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyaları təkbaşına reallaşdırmalı olacaqsınız. Işgüzar səfərlər də yaxşı keçəcək. Ancaq böyük səfərlər üçün yaxşı olar ki, başqa günü seçəsiniz. Romantik görüş üçün axşam saatları münasibdir.

Buğa
Günün olayları sizi sevindirməsə də, nikbinliyinizi saxlayacaqsınız. Xırda anlaşılmazlıq da istisna deyil. Ailəli olanlar uşaqları ilə dil tapmaq üçün böyük səy göstərəcəklər. Gün aktiv istirahət üçün münasibdir. Bu, xoşagəlməz emosiyalardan qurtulmaq üçün ən asan yoldur.

Əkizlər
Bu gün vaxt itirmək olmaz. Boş söhbətlərə baş qoşmayın. Yaxşı olar ki, beyninizdən mənasız informasiyaları uzaqlaşdırasınız. Xırda alış-veriş etmək olar. Zövqünüz sizi aldatmayacaq. Nihaka girmək üçün əlverişli gündür.

Xərçəng
Gün maraqlı və faydalı görüşlər vəd edir. Şou-bizneslə məşğul olanları uğurlu gün gözləyir. Ailə daxilində şən məclislər təşkil etmək olar. Böyük olmayan alış-veriş üçün də əlverişli gündür.

Şir
Yaşlılarla dil tapmaq çətin olacaq. Istənilən mövzuda fikir ayrılığı yaşana bilər. Siz inadkarlıq edəcəksiniz və güzəştə getmək istəməyəcəksiniz. Günün maliyyə mənzərəsi xoş olmayacaq. Əbəs yerə pul xərcləyəcəyiniz gözlənilir. Emosional gərginlik yuxusuzluğa səbəb olacaq.

Qız
Öz işiniz başınızdan aşdığı bir məqamda başqalarının işini böyük həvəslə görməyə çalışırsınız. Günün ikinci yarısında macəra istəyi sizi düşünülməmiş addım atmağa vadar edəcək. Hamıya etibar etməyiniz sizin əleyhinizə işləyə bilər. Bundan sizi sevməyənlər istifadə edəcəklər.

Tərəzi
Bu günə vacib iş planlaşdırmayın. Çünki həmin işə məsuliyyətlə yanaşa bilməyəcəksiniz. Şənlənmək üçün isə əlverişli gündür. Bu gün əhəmiyyətli məbləğdə pul xərcləyəcəksiniz. Ancaq buna görə peşmançılıq çəkməyəcəksiniz.

Əqrəb
Kommersiya fəaliyyəti olanlar üçün uğurlu gündür. Bu gün daşınmaz əmlakla, o cümlədən qiymətli zinət əşyaları ilə bağlı sövdələşmə aparmaq üçün əlverişli gündür. Gün maraqlı təkliflərilə sizi sevindirəcək. Günün hadisələri uzun illər yaddaşınızdan silinməyəcək.

Oxatan
Açıq ürəkli olmağınızla hamının simpatiyasını qazanırsınız. Gün istənilən faydalı iş üçün əlverişlidir. Əgər bu gün yeni işdən yapışsanız, çətin ki, tez uğur qazana biləsiniz. Ancaq nəzərə alın ki, bu işlə gələcəyinizin təməlini qoyacaqsınız.

Oğlaq
Günü məhsuldar hesab etmək olmaz. Böyük həvəslə işləməmək istəyi keçəcək könlünüzdən. Düşmənləriniz daxili qiyafətlərini dəyişik göstərməklə etibarınızı qazanmağa çalışacaq. Ehtiyatlı olun, onlar etibarınızdan istifadə edə bilərlər.

Dolça
Şərikli iş üçün münasib gün deyil. Bu gün pul bölüşmək, eyni zamanda maliyyə işi ilə məşğul olmaq arzuedilməz haldır. Çünki hesabda səhvə yol vermək ehtimalı böyükdür. Günün ikinci yarısı yola çıxmaq üçün münasib vaxtdır.

Balıqlar
Çətin, xoşagəlməz situasiyaları olan gündür. Ancaq buna baxmayaraq, çətinliklərə sinə gəlməyə enerjiniz yetəcək. Maraqlı iş təklifi alacağınız da istisna deyil. Əks cinsin mənsublarını özünüzə cəlb edəcəyiniz bir gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.