04.11.2021 Gündəlik Bürclər (4 Noyabr 2021 Günlük Bürclər)

03 Kasım 2021
5 405
0
04.11.2021 Gündəlik Bürclər (4 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Istəklərinizin gücü sizi hərəkətə keçirəcək. Dəvətlər, yığıncaqlar və mədəni fəaliyyətlər kefinizi açacaq. Ağılınızdan keçənləri dərhal söyləməyin.

Buğa
Hadisələrə emosional baxışla yanaşacaqsınız. Eşidəcəyiniz bir xəbər sizi həyəcanlandıra bilər. Son dərəcə müvəffəqiyyətli və yüksək potensialla çalışacaqsınız. Gəlir artırmaq üçün hərəkətə keçmək olar.

Əkizlər
Yeni ideyanız olacaq. Onu tətbiq edə bilərsiniz. Bu mövzuda ətrafdakılar sizə dəstək duracaq. Bəzən pessimist duyğulara qapılsanız belə bu halı aşa biləcəksiniz.

Xərçəng
Bir az gərgin olacaqsınız. Yoldaşlarınızın və yaxınlarınızın qəlbinə dəyməyin. Diqqətinizi toplayın. Ailə üzvlərinizin problemləri ucbatından canınız sıxılacaq.

Şir
Yaxın qohumlarınızın ziyarətinə gedəcəyiniz, yoldaşlarınızla birlikdə çox xoş vaxt keçirəcəyiniz bildirilir. Ünsiyyət tələb edən mövzularda uğurlu layihələrə imza atacaqsınız.

Qız
Uğurlu gündür. Hətta əhvalınızı pozan vəziyyətlər ortaya çıxsa belə, bunlara əhəmiyyət verməyib diqqətinizi işlərinizə yönəldəcəksiniz. Ancaq xanım yoldaşlarınızla aranızda anlaşılmazlıq yaşana bilər.

Tərəzi
Diqqət tələb edən vəziyyətlərdə siz tam tərsinə, son dərəcə dalğın və diqqətsiz olacaqsınız. Qarşılaşdığınız hadisələrdən çox təsirlənəcəyiniz gözlənilir. Uzaqlarda olan dostlarınız ziyarətinizə gələ bilər.

Əqrəb
Bu gün hadisələrin axarı sizi canlandıracaq. Lakin eyni zamanda bir az təlaşlı və narahat olacaqsınız. Küsəyən olacağınız da istisna deyil. Yaxşı ki, bu halınız uzun sürməyəcək.

Oxatan
Bu gün özünüzü daha şən və güclü hiss edəcəksiniz. Daha əvvəl qərar verə bilmədiyiniz məsələ ətrafında sakit düşünəcək və qərar qəbul edəcəksiniz. Dostlarınızla aranızda anlaşılmazlıqları təhlil edin.

Oğlaq
Kompleks və fərqli duyğular əhatəsində olacaqsınız. Bunun səbəbi isə özünüzü analiz etməkdən qaynaqlanır. Hadisələri böyüdərək fikirlərinizi qarışdıracaqsınız. Sağlamlığınıza diqqət yetirməlisiniz.

Dolça
Bu gün emosional gərginlik keçirə bilərsiniz. Ancaq diqqətli və düşüncəli davranacaq, problemləri düzgün təhlil edəcəksiniz. Işləriniz getdikcə çoxalır. Səbirli olun, sakit şəkildə qərar verin.

Balıqlar
Özünüzü güclü və yaxşı hiss edəcəksiniz. Hadisələrin inkişafı ümidverici olacaq. Sağlam düçüncələr içində gələcəyə istiqamətli planlar quracaqsınız. Sevgilinizin diqqətcil olması əhvalınızı daha da yüksəldəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.