08.11.2021 Gündəlik Bürclər (8 Noyabr 2021 Günlük Bürclər)

07 Kasım 2021
2 759
0
08.11.2021 Gündəlik Bürclər (8 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Özünüzü güclü və qərarlı hiss etdiyiniz bir gündür. Dostlarınızla görüşəcək, əlaqələrinizi daha da möhkəmləndirəcəksiniz. Nikbin duyğular gələcəklə bağlı gözəl planlar qurmağa təşviq edəcək.

Buğa
Özünüzü son dərəcə yaxşı hiss edəcəyiniz bir gündür. Əlaqələrinizi daha da gücləndirə bilər, müsbət və anlayışlı ola bilərsiniz. Sevdiyiniz şəxslə aranızdakı əlaqələr güclənir. Bürcün tənha nümayəndələrinin yeni eşq macəralarına atıla biləcəyi ehtimalı da var.

Əkizlər
Dostlarınızdan eşidəcəyiniz bir xəbər kefinizi açacaq. Uzaqlarda olan bir dostunuzla xəbərləşəcək və ya təsadüfən qarşılaşacaqsınız. Birlikdə xoş bir gün keçirəcək, xatirələr yada düşəcək. Dəvət və yığıncaqlara qatılmaq üçün əlverişli gündür.

Xərçəng
Qarşılaşdığınız fürsətləri dəyərləndirin. Sevdiyiniz şəxslə aranızdakı əlaqələr getdikcə daha da möhkəmlənir. Birlikdə gələcəyə bağlı işlərinizi proqramlaşdıra bilərsiniz.

Şir
Istəyinizin gücü sizi tam fərqli bir yönə istiqamətləndirə bilər. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Ancaq bu vaxt kompleks və pessimist duyğular yüksələ bilər.

Qız
Pul sarıdan çətinlik çəkəcəksiniz. Xərcləmələrinizə diqqət yetirin. Diqqət tələb edən mövzularda çalışarkən tədbirli olmağa çalışın. Əhəmiyyətli detalları gözdən qaçırmağınız mümkündür. Lakin əhvalınız yüksək olacaq.

Tərəzi
Yaxın qohumlarınızı axtaracaq, onların ziyarətinə gedəcəksiniz. Ailə üzvlərilə birlikdə olmaqdan zövq alacaq, birliyinizi daha güclü hala gətirəcəksiniz. Yoldaşlarınızla həftə sonu gəzintilərinə çıxa bilərsiniz.

Əqrəb
Bəzi hadisələr üzündən gərgin ola bilərsiniz. Ancaq hadisələrin səbəbləri üzərində çox dayanmayıb, həll yolları arayıb tapacaqsınız. Gəlirlə bağlı yeni cəhdlərə əl atacaqsınız. Lakin bu vaxt sevdiyiniz şəxsə diqqət ayırmağı unutmayın.

Oxatan
Bəzi məsələlərdə inkişaf sizi hərəkətə keçirəcək. Yeni planlar quracaq, maraqlı fikirləriniz yaranacaq. Evinizdə kiçik yığıncaqlar təşkil edə bilər, dostlarınızla şən vaxt keçirə bilərsiniz. Alacağınız təkliflər sizi həyəcanlandıra bilər. Ailə üzvlərinin problemlərilə məşğul ola bilərsiniz.

Oğlaq
Günün bəzi xəbərlərinə reaksiya versəniz belə, hisslərinizə nəzarət etməyi bacaracaqsınız. Istəklərinizin gücü sizi motivasiya edir. Ancaq səbrsiz və həyəcanlı davranışlar sərgiləyəcəksiniz. Tənbəllik edəcəyiniz də istisna deyil.

Dolça
Günün xəbərləri əhvalınızı qaldıracaq. Istəklərinizi ortaya qoymaq üçün uyğun bir gündür. Son dərəcə təsiredici olacaqsınız. Fikirlərinizi rahat qəbul etdirə bilərsiniz. Uzaqlarda olan dostlarınızla xəbərləşin.

Balıqlar
Bu gün özünüzü yüngülləşmiş hiss edəcəksiniz. Işlərinizi yoluna qoymaq üçün əlverişli gündür. Maneələri çətinlik çəkmədən aşacaqsınız. Sevdiyinizin isti əlaqəsi sizi xoşbəxt edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.