21.09.2021 Gündəlik Bürclər (21 Sentyabr 2021 Günlük Bürclər)

20 Eylül 2021
3 327
0
21.09.2021 Gündəlik Bürclər (21 Sentyabr 2021 Günlük Bürclər)
Qoç
Hisslərinizi açıqlayarkən bir az tədbirli davranmalısınız. Sözlərinizin səhv başa düşülməsi ehtimalı var. Bu vaxt siz də səhv anlaya bilər, qarşı tərəfdən küsə bilərsiniz. Uzaqlarda olan dostlarınızla görüşə bilər, az qala unutduğunuz köhnə yoldaşlarınızla qarşılaşa bilərsiniz.

Buğa
Dostlarınızla birlikdə olmaqdan böyük zövq alacaqsınız. Istəklərinizi reallaşdırmaq üçün yaxınlarınızdan yardım istəyə bilərsiniz. Səyahətə çıxmaq istəyəcəyiniz də istisna deyil. Sevgilinizlə birlikdə istirahətə çıxa bilərsiniz.

Əkizlər
Ətrafdakılar qarşısında böyük tələblər qoyacaqsınız. Bir az sakit olmağa və hadisələrin inkişafını izləməyə çalışın. Yaşlı qohumlar və ya müdirlərinizlə aranızda yaşanan problemlərdən çətin vəziyyətə düşə bilərsiniz.

Xərçəng
Gözləmədiyiniz ziyarətçiləriniz ola bilər. Əvvəl narahat olsanız belə xoş vaxt keçirəcəksiniz. Etmək istədikləriniz mövzusunda qərarsızlıq nümayiş etdirəcəksiniz. Fikirlərinizi özünüzə saxlamanın faydası var. Hərəkətə keçmədən əvvəl heç kimə açıqlamayın.

Şir
Yeni həyəcanlar və istəklər sizi bürüyəcək. Sevgilinizlə aranızdakı münasibəti istədiyiniz kimi istiqamətləndirə bilərsiniz. Uzaqlarda olan dostlarınızla xəbərləşmək əhvalınızı daha da artıracaq. Özünüzü fiziki baxımdan güclü hiss edəcəksiniz.

Qız
Yoldaşlarınızla birlikdə çox xoş planlar qura bilər, birlikdə əyləncəli vaxt keçirə bilərsiniz. Qısa səfərlər üçün münasib gündür. Sevgilinizlə aranızdakı ünsiyyət son dərəcə sıx olacaq. O sizi təəccübləndirə bilər. Sakit olmağa çalışın.

Tərəzi
Bu gün romantik eniş-çıxışlar yaşaya bilərsiniz. Sizi həyəcanlandıracaq vəziyyətlərlə qarşılaşacağınız gözlənilir. Hadisələri gərəyindən çox şişirdəcəksiniz. Hisslərinizə nəzarət etməyin faydası var. Sevgilinizin sizi anlamadığını düşünə bilərsiniz.

Əqrəb
Qrup fəaliyyətləri sizə fərqli bir enerji verəcək. Enerjinizin yüksəldiyini hiss edəcəksiniz. Özünüzə olan inam artacaq. Romantik görüşlər xoş müstəvidə keçəcək, birlikdə dəvətlərə qatıla bilərsiniz.

Oxatan
Sevdiyiniz şəxslə aranızdakı münasibət getdikcə istiləşəcək. Fərqli istəkləri reallaşdırmaq üçün nələr edə biləcəyiniz üzərində düşünəcəksiniz. Iddialı və böyük istəkləriniz var. Təbii bu halın yaradacağı gərginliyi gizlədə bilməyəcəksiniz.

Oğlaq
Romantik reaksiyalar göstərə biləcəyiniz vəziyyətlərlə qarşılaşacaqsınız. Sevgilinizdən eşidəcəyiniz bir xəbər həyəcanlanmağınıza səbəb ola bilər. Hisslərinizə nəzarət etməyə çalışın. Bu vəziyyət keçicidir. Fürsətləri qiymətləndirəcəksiniz.

Dolça
Sizdən gözlənilməyəcək dərəcədə hərəkətli, enerjili olacağınız bir gündür. Müxtəlif təşkilatlara daxil ola bilər, əlaqələrinizi gücləndirə bilərsiniz. Özünüzü güclü və sağlam hiss edəcək, əlaqələrinizi sıx şəkildə davam etdirəcəksiniz.

Balıqlar
Enerjili və hərəkətli bir gün yaşayacaqsınız. Sevdiyinizlə birlikdə kino, teatr və ya əyləncə yerlərinə gedə bilər, dost dəvətlərinə qatıla bilərsiniz. Yoldaşlarınızla birlikdə keçirəcəyiniz məclislərdən böyük zövq alacaqsınız, özünüzü daha yaxşı hiss edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.