25.11.2021 Gündəlik Bürclər (25 Noyabr 2021 Günlük Bürclər)

24 Kasım 2021
2 838
0
25.11.2021 Gündəlik Bürclər (25 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Problemlərin həllində bədbinliyə qapılmayın. Alış-veriş üçün əlverişli gün deyil. Günün ikinci yarısında aktiv olun, kənar müdaxilələrə imkan verməyin. Axşam saatlarında dostlarla görüşü təxirə salın.

Buğa
Maliyyə məsələlərinin həlli ehtiyatlı və həssas davranış tələb edir. Əmlak məsələlərinə xüsusi diqqət ayırın. Yaxşı tanımadığınız insanla ünsiyyət sizə yalnız başağrısı və problemlər bəxş edəcək.

Əkizlər
Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizin qayğısına qalın. Zərərli vərdişlərdən birini unutmaq, sağlam həyata keçidə başlamaq üçün yaxşı vaxtdır. Alış-veriş üçün uğurlu gün deyil.

Xərçəng
Səbirsiz olmayın. Hisslərinizə hakim olun, emosiyalarıza nəzarət edin. Günün ikinci yarısında müəyyən sahədəki problemlər ağırlaşacaq. Istirahət, əyləncəni hələlik unudun, işlə daha ciddi məşğul olun.

Şir
Istənilən professional tapşırığın öhdəsindən gəlmək üçün əla gündür. Işgüzar danışıqlar yaxşı keçəcək. Ulduzlar romantik görüşlərin də pis keçməyəcəyini bildirir. Bir sözlə, işləriniz özü-özlüyündə qaydasına düşəcək.

Qız
Qarışıq gündür. Yaradıcılıq qabiliyyətləriniz günün ikinci yarısında artacaq. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, gülərüz olun. Aqressiv olmayın. Axşam saatlarında qüvvənizi bərpa edin.

Tərəzi
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı ekperiment arzuedilməzdir.

Əqrəb
Münaqişəli situasiyada kompromis imkanı varsa, faydalanın. Təmkinli və səbrli olun, emosional hərəkətlər etməyin. Güzəştə getməyi bacarın, ancaq əsla geri çəkilməyin.

Oxatan
Qəfil qərarlar verməyin. Ehtiyatlı olun, macəra və sərgüzəşt aramayın. Günün ikinci yarısında emosiyalarınızı tarazlayın. Gərəksiz etiraflara qapılmaq sizi zəiflədəcək.

Oğlaq
Yarımçıq qalmış işlərinizi tamamlayın. Gün şəxsi sferada gözlənilməz dəyişikliklərlə bağlıdır. Ilkin başlanğıcda baş verənlər sizi kədərləndirə bilər. Ancaq narahat olmayın, bu hisslər keçici olacaq.

Dolça
Bu gün qəti qərar verməyin. Evdə təmir və ya yenidənqurma işləri aparmaq ehtimalı böyükdür. Sevdiyiniz insanla münasibətlərdə güzəştə gedin. Inadkarlığınız yaxşı heç nə vəd etmir.

Balıqlar
Hadisələri qabaqlamağa can atmayın. Sizi narahat edən məsələləri anlamağa çalışın. Yeni məsələ ilə maraqlana bilərsiniz. Şəxsi münasibətlərdə təzyiqlərdən uzaq durun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.