27.01.2022 Gündəlik Bürclər (27 Yanvar 2022 Günlük Bürclər)

26 Ocak 2022
3 342
0
27.01.2022 Gündəlik Bürclər (27 Yanvar 2022 Günlük Bürclər)
Qoç
Bu gün orqanizminiz daha həssas olacaq. Bu üzdən qida rasionunuza diqqət yetirin. Reputasiyanızı qoruyub saxlamağa çalışın. Kimlərsə bu istiqamətdə sizə zərbə vurmağı planlaşdırır.

Buğa
Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Adi, xırda məsələyə görə özünüzdən çıxmağınız yaxınlarla aranızda fikir ayrılığı yaşadacaq. Səbirli olmağa çalışın.

Əkizlər
Müttəfiqlərdən birinin əməkdaşlığa son qoyacağı istisna deyil. Qonaq qarşılamaq üçün axşam saatlarını seçin. Bu gün cazibədarlığınızdan səmərəli istifadə edin.

Xərçəng
Qənaətcil olmağa çalışın. Problemlərinizi başınızı əyləncələrə qatmaqla həll edə bilməyəcəksiniz. Sizi narahat edən məsələdən danışarkən yaxın ətraf mənəvi dəstəyini əsirgəməyəcək.

Şir
Maddi vəziyyət elə də yaxşı olmaya bilər. buna baxmayaraq əhvalınız qaydasında olacaq. Çünki sevdikləriniz heç vaxt sizi tərk etmir, həmişə dayaq durmağa, size həvəsləndirməyə hazırdırlar. Bu mövzuda şanslı birisiniz.

Qız
Kommersiya fəaliyyəti üçün əlverişli gündür. Alqı-satqı mövzusunda sövdələşmələr ola bilər. Işgüzarlıq həvəsi yüksək olacaq. Bir sözlə, şəxsi və ya işgüzarlıq münasibətləri baxımından münasib gündür.

Tərəzi
Bu gün diskussiyalardan qaçmayın. Çünki qarşı tərəfin qəlbinə toxunmadan öz sözünüzü deyə biləcəksiniz. Dostluq görüşü üçün də münasib vaxtdır.

Əqrəb
Bu gün xarici görkəminizə diqqət yetirməlisiniz. Çünki bu gün geyimə görə müzakirə obyekti olacaqsınız. Əvvəldən qurduğunuz plan üzrə hərəkət etməyə çalışın.

Oxatan
Təhsilə vaxt ayırmaq, intellektual əməklə məşğul olmaq lazımdır. Hərəkətlərinizlə ətrafdakıların, xüsusilə də əks cinsin nümayəndələrinin diqqətini çəkəcəksiniz. Romantik tanışlıq gözlənilir.

Oğlaq
Bu gün köməyinə arxayın olduğunuz adamlar bu işdən imtina edəcəklər. Qohumların qayğısına qalın. Onlar təklikdə problemlərinin öhdəsindən gələ bilməyəcəklər. Yola çıxarkən ehtiyatlı və diqqətli olun.

Dolça
Bu gün düşündüklərinizi onlara açıqlaya bilərsiniz. Yaxınlarınızla tam səmimi olmağa qorxmayın. Çoxdan verdiyiniz və qaytarılmasına ümidinizi üzdüyünüz borcun qaytarılacağı da istisna deyil.

Balıqlar
Işgüzar partnyorlarla aranızdakı əlaqə gərginləşəcək. Istənilən mübahisəli məsələdən qalib çıxacaqsıınız, sizin fikirlərinizlə hesablaşmalı olacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.