08.08.2022 Gündəlik Bürclər (8 Avqust 2022 Günlük Bürclər)

07 Ağustos 2022
2 829
0
08.08.2022 Gündəlik Bürclər (8 Avqust 2022 Günlük Bürclər)
Qoç
Gün bərabər formada cərəyan etməyəcək. Ümumi marağınız olan adamla aranızda gərginlik müşahidə olunacaq. Bu bir sıra məsələlərin həllində çətinliklər yaradacaq. Axşam saatlarının sakit keçəcəyi gözlənilir. Romantik görüş bir sıra xoş təəssüratlar yaradacaq.

Buğa
Aktual problemlərin və ciddi işlərin həlli baxımından əlverişli gündür. Nə vaxtsa yardım etdiyiniz adamdan kömək almaq ehtimalı da var. Həmin adam səmimi qəlbdən sizə yardımçı olacaq. Günün ikinci yarısında liderlik xüsusiyyətlərinizi nümayiş etdirəcəksiniz.

Əkizlər
Sizin bacarıqlarınızı əvvəllər düzgün qiymətləndirməyən kəslər belə, indi əməkdaşlığa can atırlar. Gün romantik münasibətlərin təməlinin qoyulması baxımından münasibdir. Siz yanlışlığa yol vermədən həyatınızı bəzəyəcək adamı tapacaqsınız.

Xərçəng
Bu gün təməli qoyulan münasibətləri romantik istiqamətə yönəltmək çətin olmayacaq. Gün sakit keçməsilə sizi sevindirəcək. Ümumiyyətlə, sizin məntiqi davranışlarınız çətin durumdan çıxmağınıza kömək olacaq.

Şir
Bu günün əsas tələbi nikbinliyi itirməməkdir. Düşmənlərinizin hazırladığı fitnələrə və xırda xoşagəlməz hallara yumorla yanaşmağa çalışın. Ilk baxışdan çətin görünməsinə baxmayın, bugünkü işləriniz elə də çətin olmayacaq.

QIz
Plana uyğun hərəkət etməyiniz məsləhətdir. Hətta ən xırda məsələləri belə, planlı şəkildə həyata keçirin. Siz boş yerə vaxt itkisinə çox yer verirsiniz. Bunun nəticəsidir ki, çox işləri də tamamlaya bilmirsiniz. Axşam rəqs etmək, şənlənmək mümkün olan yerləri ziyarət edə bilərsiniz.

Tərəzi
Çətin gündür. Siz eyni vaxtda bir neçə işə başlayırsınız, amma heç birini də sona çatdıra bilməyəcəksiniz. Ehtimal ki, sizə yardım edəcəyini söz vermiş kəslərlə aranızda münaqişə yaşansın. Fiziki gərginliyi azaltmağa çalışın.

Əqrəb
Yalnız xırda məsələlərə görə narahatlıq keçirəcəksiniz. Müxtəlif mənbələrdən faydalı informasiyalar alacağınız gözlənilir. Daxil olan məlumatı analiz etməklə düzgün qərar verəcəksiniz. Sağlam məntiqlə hərəkət etsəniz, çox yaxşı nəticələr əldə etmək şansınız böyükdür.

Oxata
Bu gün siz cansıxıcı və maraqsız işlə məşğul olacaqsınız. Digər tərəfdən, maddi sıxıntılar gözlənilir. Hətta bürcün bu sahədə bəxti gətirməyən bəzi nümayəndələri böyük miqdarda pul borc götürmək məcburiyyətində qalacaqlar. Planlarınızın reallaşması üçün fikrinizi cəmləməyə çalışın.

Oğlaq
Neqativ təsirlər əvvəlki kimi güclüdür və ona qarşı çıxmaq kifayət qədər çətindir. Siz vaxtınızın və gücünüzün əsas hissəsini başqalarının problemlərinin həllinə yönəldəcəksiniz, halbuki, bu məsələlərin sizin üçün heç bir aktuallığı yoxdur. Istirahətə ehtiyacınız var.

Dolça
Sizi daha bir məhsuldar gün gözləyir. Bu gündən istifadə edərək işlərinizi tamamlamağa çalışın. Bu gün görüş və tanışlıq baxımından da münasibdir. Imiclə bağlı eksperimentlərinizin uğurlu alınacağı gözlənilir.

Balıqlar
Bu gün yaxınlarınızla münasibət xüsusi diqqət tələb edir. Sakit gəzinti əhvalınızın bərpasına yardımçı ola bilər. Axşam saatlarını evdə də keçirə bilərsiniz, yaxud da dostlardan birinə qonaq gedə bilərsiniz. Çox səs-küylü məclislər isə məsləhət deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.