09.08.2022 Gündəlik Bürclər (9 Avqust 2022 Günlük Bürclər)

08 Ağustos 2022
2 311
0
09.08.2022 Gündəlik Bürclər (9 Avqust 2022 Günlük Bürclər)
Qoç
Yeni layihələrinizə start verəcəksiniz. Ehtimal ki, onlara rəhbərlik etmək sizə həvalə olunacaq. Yaxşı olar ki, bu gün səbirli olasınız. Əsas qərar başqa adamdan asılı olacaq.

Buğa
Bu gün bəxtiniz gətirəcək. Nail olmaq istədiklərinizə sahib olacaqsınız. Əsas odur ki, yarı yolda dayanmayın və uğurunuzu möhkəmləndirin. Unutmayın ki, əməksiz nail olduğunuz hər şey taleyin hədiyyəsidir. Belə hədiyyələr üzərində gələcək qurmaq isə ağılsızlıqdır.

Əkizlər
Bu gün şans üzünüzə güləcək və çoxdan əldə etmək istədiyinizə nail olacaqsınız. Nəticədə aydın olacaq ki, əslində, istədiyiniz bu deyil. Nəticə yaxşılıqdan çox, sizə artıq problem gətirəcək. Amma dəqiq və sürətli hərəkət etsəniz, bunun da öhdəsindən gələ bilərsiniz.

Xərçəng
Bu gün ətrafdakılardan əvvəlki heyranlığı görmək istəsəniz də bunun üçün heç nə etməyəcəksiniz. Bu, həm də yaxşılığa doğrudur. Bu gün hərtərəfli fikirləşin və plan qurun. Əks halda nəticə istədiyiniz kimi alınmaya bilər.

Şir
Mütləq dincəlməlisiniz. Çünki sizdə enerji tükəntisi özünü göstərəcək. Bu səbəbdən sənədlərin tərtibatında yanlışlığa yol verə bilərsiniz. Həmçinin təsir gücünüz də azalacaq.

Qız
Bu gün var gücünüzlə işləyəcəksiniz. Məhz bu gün bir neçə layihəni bir anda işləyəcəksiniz. Sosial əlaqələr zəifləyəcək, amma bu, həddindən artıq məşğul olmanızdan irəli gələcək.

Tərəzi
Bu gün ürəyinizin səsi sizin üçün ən yaxşı məsləhətçi olacaq. Onun səsinə qulaq asaraq üzünüzə açılan çoxlu imkan arasından ən düzgün olanını seçə bilərsiniz. Əgər sizi yalqızqalma hissi bürüsə, bunun əksinə getməyin. Adət etdiyiniz şəraitdən müvəqqəti olaraq dincəlmək sizə fayda verəcək.

Əqrəb
Günün əsas hissəsini təhsilə ayıracaqsınız. Bunun üçün imkanlar yaranacaq. Dost-tanışlar da istəyinizin reallaşmasına mane olmayacaq. Əldə etdiyiniz bilik və təcrübə sayəsində həyatınızı dəyişə bilərsiniz. Bu gün sizin üçün çevriliş dönəmi olacaq.

Oxatan
Bu gün tələskənliyə yol vermək olmaz. Düzdür, məqsədə çatmaq üçün tələsmək istəyəcəksiniz. Amma bunun ziyanını görə bilərsiniz. Bu gün əyləncəyə həddindən artıq meyillisiniz və bu da maddi çətinliklər yarada bilər.

Oğlaq
Uğurlu gündür. Amma bu gün sirrinizi heç kimə deməməyiniz məsləhətdir. Ulduzlar bildirir ki, məsləhətlərə qulaq asın, razılaşın, amma bildiyiniz kimi hərəkət edin. Səfərlər səmərəli olacaq. Lakin hesablama ilə qarışıqlıq yaranacaq. Istənilən sənədlərin ötürülməsini şəxsən nəzarətdə saxlamalısınız.

Dolça
Bu gün optimist olacaqsınız. Gün boyu gözəl anlar yaşayacağınız gözlənilir. Hər işdə uğur qazanacaq və istəyinizə nail olacaqsınız. Amma arzu etməmişdən əvvəl bunu həqiqətən istədiyinizi özünüz üçün müəyyənləşdirin.

Balıqlar
Bu gün həyatınızda dəyişikliklər olacaq, ona görə də hazırlıqlı olmalısınız. Nüfuzlu adamlarla tanış olacağınız ehtimalı da var. Nəzərə alın ki, kiçik məişət problemləri də istisna olunmur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET