17.08.2022 Gündəlik Bürclər (17 Avqust 2022 Günlük Bürclər)

16 Ağustos 2022
2 833
0
17.08.2022 Gündəlik Bürclər (17 Avqust 2022 Günlük Bürclər)
Qoç
Bir müddət problemlər sizi üzəcək. Bu həm iş, həm də şəxsi həyatınızla bağlıdır. Amma təlaşa düşməyin və qara fikirləri özünüzdən uzaqlaşdırın. Qarşıda xoş hadisələrin olacağı da istisna edilmir. Sağlamlığınıza diqqət yetirməyi də unutmayın.

Buğa
Bəzi insanlar sizə zərər vermək istəyəcək. Təbii ki, mövqeyinizi qorumaq üçün onlarla mübarizə aparmalı olacaqsınız. Düşmənlərinizin sayı getdikcə artır, lakin sonda siz peşəkarlığınız və məsuliyyətinizin köməyi ilə zəfər çalacaqsınız. Şəxsi münasibətlərinizə də müdaxilə etmək istəyənlər olacaq. Çalışın onlara uymayasınız.

Əkizlər
Əhatənizdə olan kəslərlə münasibətləri aydınlaşdırmaq üçün əlverişli gündür. Şəxsi həyatınızla iş həyatını qarışdırmayın. Əgər bu məsələlərə diqqətli yanaşsanız günün sonunda istədiyiniz nəticə əldə edəcəksiniz. Maliyyə vəziyyətiniz yaxşı olacaq.

Xərçəng
Tələsik qərar verməyin. Səbirli olsanız günün sonunda sevinəcəksiniz. Işgüzar həyatınızda yeni layihələr olacaq və ya yeni iş tapacaqsınız. Romantik macəra istisna deyil. Çalışın sevdiyiniz insanı özünüzdən uzağa qaçırmayasınız. Bunun üçün onunla nəzakətli davranmağınız yetər.

Şir
Başınız işə o qədər qarışacaq ki, istirahətə vaxt qalmaycaq. Səfərə çıxacağınız ehtimal olunur. Səyahət zamanı istirahət edə bilərsiniz. Maddi vəziyyətiniz dəyişməz qalacaq. Ailə üzvləri isə həmişəki kimi sizi başa düşəcəklər.

Qız
Çox stresli gündür. Işləriniz düz getmir, bu da sizi təbdən çıxaracaq. Yarımçıq qalmış işləri təcili bitirməlisiniz. Buna baxmayaraq uğurlu müqavilələr də gözlənilir. Şəxsi müstəvidə də problemlər olacaq, amma günün sonunda işlər qaydasına düşəcək.

Tərəzi
Əhval-ruhiyyəniz yüksək olacaq, lakin günün hadisələri ürəyinizcə olmaya bilər. Buna görə stress keçirəcəksiniz. Işdə baş verən hər hadisə sizin xeyrinizə olacaq, hətta siz bundan əmin olmasanız belə. Şəxsi həyatınızda bəzi anlaşılmazlıqlar baş verəcək ki, bunların həlli yalnız sizdən asılıdır.

Əqrəb
Bu gün sizin üçün ən vacib məsələ maddi durumunuzla bağlı olacaq. Çalışın onları iş vaxtı həll edəsiniz ki, evdə qaşqabağlı oturmayasınız. Sevgi münasibətlərində sabitlik gözlənilir. Özünüzü soyuğa verməyin, sağlamlığınızı qoruyun.

Oxatan
Iş həyatınızda qarışıq hadisələr yaşanacaq və siz təlaş içində olacaqsınız. Müxtəlif məsələləri razılaşdırmalı, mövqeyinizi qoruyub saxlamalısınız. Nəticədə böyük uğur əldə edəcəksiniz ki, bu da karyera yüksəlişinizə səbəb ola bilər.

Oğlaq
Bu gün maddi sıxıntı yaşamayacaqsınız. Ancaq təəssüf ki, dostlarınızla, sevgilinizlə, hətta iş yoldaşlarınızla münasibətləriniz korlanacaq. Lakin günün sonunadək vəziyyət dəyişə bilər. Çalışın mənfi emosiyalara qapılmayasınız, ətrafınızda olanları dərk edəsiniz.

Dolça
Xəstəlikləri, müxtəlif zədələnmələri nəzərə almasaq bu gün çox sakit və maraqlı keçəcək. Böyük layihələr sona çatacaq və əziyyətinizin bəhrəsini görəcəksiniz. Ailə üzvləri və dostlarınızla dil tapacaq və gözəl gün keçirəcəksiniz. Maddi vəziyyətiniz sabit olacaq.

Balıqlar
Mülkiyyət, əmlak məsələlərilə bağlı bütün suallara cavab tapacaqsınız. Maraqlı iş təklifi də gözlənilir. Təşkilat məsələlərinə diqqət yetirin. Ailə münasibətlərində dəyişiklik gözlənilmir, maddi durumunuz isə gərgin olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.