09.09.2022 Gündəlik Bürclər (9 Sentyabr 2022 Günlük Bürclər)

08 Eylül 2022
2 922
0
09.09.2022 Gündəlik Bürclər (9 Sentyabr 2022 Günlük Bürclər)
Qoç
Bu gün unutqanlıq ucbatından başınız ağrıyacaq. Romantik əlaqədə olduğunuz adamla münasibətləriniz gərginləşəcək. Hətta ayrılıq da ola bilər. Ulduzlar bir kimsə ilə romantik bağlılıq qurmazdan əvvəl yaxşı götür-qoy etməyinizi tövsiyə edir.

Buğa
Müstəqil hərəkət etmək hissi ətrafınızdakılardan sizi uzaqlaşdıra bilər. Qarşılaşacağınız kəslər içində romantik bağlılığa can atacağınız adam olacaq. Münasibətlərin uzunmüddətli və ciddi olmasını istəyirsinizsə, onda ağılla hərəkət edin. Hisslərinizin sizi idarə etməsinə imkan verməyin.

Əkizlər
Hisslərinizi gizlətməyin. Bu, sevdiyinizlə yaxşı ünsiyyət qurmağınıza köməkçi olacaq. Şansınızın romantizm mövzusunda sizə daha çox dəstək verməsi bir fürsət olacaq. Əgər alış-veriş etmək kimi bir niyyətiniz varsa, bu işi günün ilk yarısında etməyiniz sizin üçün daha yaxşı olar.

Xərçəng
Daha cəlbedici görünmək istəyəcəksiniz. Bu da sizdə uğurlu alınacaq. Teatr, kino, konfranslar və seminarlar günün dinamik keçəcəyindən xəbər verir. Bəzi təkliflər ala bilərsiniz. Qısa zamanda hadisələrin axarına uyğunlaşacaqsınız.

Şir
Bu gün maddi sıxıntı keçirəcəksiniz, lakin bunun üçün əhvalınızı korlamağa dəyməz. Çünki qısa müddətdə çətinliyiniz bitəcək və maddi durumunuz düzələcək. Aldığınız xəbərlərin yanlış mənbədən ola biləcəyini nəzərə alın və yoxlayın. Bir tanışınızın pulla bağlı bir işinizə maneə törətməsi gözlənilir.

Qız
Bu gün bir az pul xərcləyəcəksiniz. Ulduzlar bildirir ki, bu gün hər mövzuda ünsiyyətdə olduğunuz adamla açıq danışmayın. Çünki günün hadisələri göründüyü kimi əlverişli deyil. Olayların mənfi tərəflərini də düşünməlisiniz.

Tərəzi
Ulduzlar bu gün gümrah olacağınızdan xəbər verir. Bu gün əmlak və torpaqla bağlı mövzular önə çıxacaq. Ev və ya torpaq alışı, ya da kirayəyə götürülməsi ilə əlaqədar bürokratik əməliyyatlara diqqət yetirməli olacaqsınız. Çünki gözünüzdən yayınacaq kiçik bir iş daha sonra başınızı ağrıda bilər. Romantik əlaqələrdə şansınız bağlıdır.

Əqrəb
Müsbət xəbərlər ala bilərsiniz. Xəbərlərdən səmərəli istifadə edin. Bütün enerji və fəaliyyətinizi məhz iş və pul mövzusuna istiqamətləndirəcəksiniz. Bu səbəbdən günün sizin üçün ən şanslı tərəfi iş və pulla bağlı olacaq.

Oxatan
Iş istəyinizin artması ilə hadisələrə baxışınız yenidən dəyişəcək. Səbriniz və gücünüz yerinə gələcək. Məsuliyyəti dərindən dərk etməklə iş və ailə həyatınız nizamlanacaq. Çalışqanlığınız mükafatsız qalmayacaq. Istədiyiniz kimi getmədiyi üçün sizi kədərləndirən münasibət mövzusunda sevindirici dəyişikliklər ola bilər.

Oğlaq
Bu gün gəlir qazanmaq şansınız ola bilər. Bir müddətdir görmədiyiniz bir dostunuzun sizi axtarıb çox əhəmiyyətli məlumatlar verəcəyi ehtimalı da var. Xəbərləri qaçırmamaq üçün ona zaman ayırmalısınız. Bunun faydasını görəcəksiniz.

Dolça
Sevdiyinizin sizə sadiq olduğu qədər sizin ona sadiq olmadığınızı nümayiş etdirirsiniz. Ani eşqbazlıqlar həyatınızı korlayır. Arzularınızın çoxluğu da bir tərəfdən sizi qarışıq düşüncələrə qərq edir. Bu səbəbdən əlaqələr qurarkən daha diqqətli olmağınız məsləhətdir.

Balıqlar
Alış-veriş edəcəyiniz gözlənilir. Ürəyiniz istəyəni ala bilərsiniz. Bu dövrdə şəxsi əlaqələriniz əhəmiyyət daşıyacaq. Eyni fikrə sahib kəslərlə birlikdə olmaq istəyiniz baş qaldıracaq. Hədəfə çatmaq üçün birləşmə arzunuz da ön plana çıxır. Bu gün açıq danışmaqla daha müsbət nəticələr əldə edə bilərsiniz. Zamandan səmərəli istifadə etməyə çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.