21.06.2021 Gündəlik Bürclər (21 İyun 2021 Günlük Bürclər)

20 Haziran 2021
3 568
0
21.06.2021 Gündəlik Bürclər (21 İyun 2021 Günlük Bürclər)
Qoç
Açıq-aşkar münaqişələrə girişmək təhlükəlidir. Situasiyaya təsir etmək olar, amma bunun üçün ağılla hərəkət etmək lazımdır. Gücünüzü boş yerə sərf etməyin. Sizi yaxşı adam kimi tanıyanların dəstəyinə gələn həftə ehtiyacınız olacaq.

Buğa
Əla gündür. Yeni başlanğıclar sizin üçün uğurlu olacaq. Gün fikir ayrılıqlarına son qoymaq baxımından da yaxşı zamandır. Eyni zamanda, nikah bağlamaq baxımından da əlverişlidir.

Əkizlər
Ən yaxınınızla aranızda münasibətlərin yaxşı olacağı bildirilir. Son həftə ərzində sizi narahat edən ailə problemlərinə son qoyacaqsınız. Gün kifayət qədər xoş təəssüratlar vəd edir. Səfərə çıxan “Əkizlər”i xoş gün gözləyir.

Xərçəng
Gün sizi sevindirəcək. Heç vaxt etmədiklərinizi reallaşdırmağa hazır olun, bu sizdə yaxşı alınacaq. Çox da uzaq olmayan yerdən xoş xəbər eşidəcəksiniz. Axşam romantik görüş üçün münasibdir.

Şir
Işləriniz pis getmir. Hadisələri tələsdirməyin. Maliyyə məsələlərini həll etmək olar, yeni gəlir mənbəyi axtara bilərsiniz. Qiymətli hədiyyə alacağınız da istisna edilmir. Günün ikinci yarısında görmək istədiyiniz, çoxdan darıxdığınız adamla görüşəcəksiniz.

Qız
Uğurlu gündür, çətin işlərin öhdəsindən gələcəksiniz. Heç kim sizinlə mübahisə etməyəcək. Romantik tanışlıq üçün əlverişli gündür. Istədiyiniz adamda özünüz haqqında xoş təəssürat yarada biləcəksiniz.

Tərəzi
Hisslərinizin diqtəsilə atdığınız addımlar sizə xeyir gətirməyəcək. Doğmalarınızla aranızda yaranacaq mübahisə günün mənzərəsini korlayacaq. Ulduzlar hərəkətə keçməmişdən əvvəl dərindən düşünməyi məsləhət görür.

Əqrəb
Heç də xoş gün deyil. Siz həyəcanlı fikirlərə qərq olacaqsınız. Bu da neqativ tendensiyaların təsirindəndir. Gün yalnız özündə güc tapanlar üçün yaxşı keçəcək.

Oxatan
Xoş gün gözlənilir. Gözlənilməz təsadüf çoxdan arzuladığınıza çatmaq şansı yaradacaq. Qarderobunuzu təzələmək, imicinizdə dəyişiklik etmək üçün münasib gündür. Alış-verişdə bəxtinizin gətirəcəyi bildirilir.

Oğlaq
Siz özünüzə heç bənzəmirsiniz, bu gün əks cinsin nümayəndələrinə diqqət yetirməyəcəksiniz. Çətin işləri kənara qoyun, çünki bu gün adi işlər belə, sizə çətin görünəcək. Istirahət edin.

Dolça
Uğur qazanmaq şansınız var. Təəssüf ki, hərəkət etmək lazım gələndə siz geriyə çəkilirsiniz. Sizinlə anlaşmaq asan olacaq, amma ədalət naminə demək lazımdır ki, bu gün vəd etdiklərinizin hamısını yerinə yetirməyəcəksiniz.

Balıqlar
Gün maraqlı olacaq. Diqqətli olun ki, heç nəyi qaçırmayasınız. Yaxşı olar ki, əvvəlcədən hərəkət planınızı qurasınız. Ona riayət etmək asan olacaq. Amma çalışın, ətrafınızdakıların qəlbini qırmayasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.