ALiYeVdən Günlük Bürclər 16.12.2014

15 Aralık 2014
2 771
3
ALiYeVdən Günlük Bürclər 16.12.2014
ALiYeVdən Günlük Bürclər 16.12.2014

Qoç - əlverişli və münasib gündür. Səbirsiz, kəmhövsələ olmayın. Kiçik və xırda məsələləri şişirtməyin. Ciddi məsələni həll edərkən konstruktiv dəyişikliklərdə sizə dəstək ola biləcək insanlara dəyər verin.
Alış-veriş etmək olar. Ayın sonunadək olan işləri ailə üzvləri ilə müzakirə etmək olar. Qarşılıqlı anlaşma əldə edin.
İşlərdən biri nəzərdə tutduğunuzdan artıq səy və diqqət tələb edir. Şəraitin diqtə etdiyi seçim yeni, maraqlı yola çıxara bilər.
Axşam saatlarında normal istirahət edin.

Buğa - mühafizəkar mövqeyə meylli olun, ehtiyatlı davranın. Lakin az sonra işlərə novator yanaşmanı nümayiş etdirin. Geridə qalanlar arasında olmaq istəmirsinizsə, eksperimentlərə əl atın.Mühüm qərarın qəbulu, seçim, təklifi nəzərdən keçirmək üçün ayın ən yaxşı günlərindən biridir. Gərəkli informasiya, insanlar özü gələcək, situasiya formalaşacaq. Sizə qalan təhlil etmək, sistemləşdirmək və seçməkdir.
Bütün işlərdə istədiyiniz nəticəyə nail ola bilməyəcəksiniz. Müqaviməti dəf edin, tənbəlliyə qapılmayın. Sonucdan razı qalana qədər çalışın.

Əkizlər - uğurlu və mənfəət vəd edən gündür. Çoxdan bəri həllini gözləyən problemi çözün. Əks təqdirdə qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişdə ləngimələr və yerində saymalar olacaq. Cari işləri tərəfdaşla müzakirə edin. Ailə üzvlərinin məsləhətlərinə qulaq asın.
Qarşı tərəfin dediklərinə qulaq assanız, maraqları razılaşdırsanız çətinlikləri dəf etmək olar. Maliyyə durumu ağırlaşa bilər. Qənaətcil olun, problemləri daha az vəsaitlə həll edin.Axşam saatlarına yaxın yaranan seçim zərurətində ənənəvi yanaşmadan vaz keçməyin, risk etməyin. Münasibətlər üçün asan zaman deyil.

Xərçəng - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Hərəkətlərin dəqiq uyğunlaşdırılması, məsuliyyət və səlahiyyətlərin bölgüsü gərəkdir.
Saatlar keçdikcə hadisələrin axarında bir qədər yavaşlama hiss olunacaq. İşdə gecikmə yarancaq, məlumatların alınma prosesi uzanacaq.
Fəaliyyətin konkret, praktik yönlərinə daha çox fikir verin. Mənfəət indi olmasa da, az sonra realdır.
Axşam saatları alış-veriş üçün əlverişlidir. Stressdən qurtulmağa çalışın.


Şir - çətin və qarışıq gündür. Başlağınız işə maksimum diqqətlə yanaşın. Tərəfdaş dəstəyi və ünsiyyətə tələbat artsa da, təmas dairəsini məhdudlaşdırın.
Parlaq hadisələr və köklü dəyişikliklər zamanı deyil. Daxili rahatlıq və harmoniyaya nail olun. Aldığınız məlumat və ya xəbəri təhlil edin.
Təxirəsalmalar, əlavə söhbətlər, sizə tam inanmayan həmkarların yaratdığı maneələr olacaq.
Ev işlərindən birini bitirin.
İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Qız - mənfəəti şübhə doğurmayan işə başlayın və onu yarımçıq qoymayın. Sizi maraqlandıran mövzuya bələd insanla daha çox ünsiyyətdə olun. Yazışın, danışıqlar aparın.Tərəfdaşın ümumi işə marağının azalmaması üçün əlaqələri səngitməyin.
Ətalətin qüvvəsi böyükdür. Mühafizəkar mövqe tutun, başqasının sizə təlqin etməyə çalışdığı fikri və ya ünsürü dərhal qəbul etməyin.

Tərəzi - məkanda yeni əhval və təmayüllər var. Əsas işləri başa vurun, nəticələrə baxın və yeni planlar qurun. Ünsiyyətə tələbat artır. Ümumi maraqlarınız olan insanlarla əlaqələri gücləndirin.
Yeni ittifaq, əməkdaşlıq və işbirliyi qurmağın zamanıdır.
Fəaliyyətinizi nizama salın, mühüm qərarlar verməyə, dəyişikliklərə tələsməyin.
Parktiki işlər, səfər və ya səyahət üçün əlverişli zamandır.
Axında qalın, öz işinizlə məşğul olun, kimsəyə təzyiq göstərməyin.

Əqrəb - əvvəl başladığınız işləri uğurla başa çatdırmaq istəyirsinizsə, ayrılığa və güzəştlərə hazır olun. Hadisələrin yeni mərhələsi ərəfəsində mənasız hisslər və gərəksiz əlaqələrdən qurtulun. Yorğunluq, təmir, profilaktika kimi məqamlar qabarır. Səhhətinizə fikir verin.
Baş verənlərə diqqətlə fikir verin, zərurət duyulan məkanda və ya anda güzəştə getməyi bacarın. Sizi narahat edən məsələni bir daha düşünün, təhlil edin.
Yeni işə, layihəyə başlamaq olar və proseslərin harmonik şərtləri bunu tələb edir. Şəxsi münasibətlərdə bütün stimullaşdırıcı amilləri nəzərə alın. Təzyiqə və süni təkanlara əl atmayın. Qüvvənizi hesablayın, hadisələri qabaqlayın.


Oxatan - yardıcılıq üçün maraqlı gündür. Hisslərinizə hakim olun. Emosiyalar, yeni ideyaların impulsu var. İdeyaları dərhal həyata keçirmək üçün yetərincə enerji gərəkdir. Tələsməyin. İndi oyun qaydalarını siz diqtə edirsiniz. Yaxın ətrafınızdakı insanlar tərəfindən anlaşılmağa çalışın. Bilik və bacarıqlarınızı əyan etmək istəyirsinizsə, əzmkar olun. Amma inadkarlağınız ifrata varmasın. Hisslərinizi idarə edin.
Yaşam arealında qayda yaradın, daxili harmoniyaya nail olun.

Oğlaq - praqmat olun, yaranan situasiyadan bəhrələnin. Uğurlar üçün stabilliyi qurban vermək fikrinə düşməsəniz, işləriniz yaxşı olacaq. İstənilən şəraitdə tələsmədən hərəkət edin, aralıq nəticələrlə kifayətlənməyin. Ən yaxşı sonuca nail olmağa can atın. İntuisiyanıza güvənin. Fəaliyyətiniz effektiv olmalıdır.
Yaxınlarınızı işə cəlb etsəniz də, əsas ağırlıq sizin çiyinlərinizdədir.
Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - fəal iş üçün əlverişli zamandır. Fon gərginliyi, enerjinizin başqalarının qarşısında götürdüyünüz öhdəliklərin yerinə yetirilməsinə sərfi aşkar hiss olunur. Maliyyə dəstəyi və yardıma ehtiyacı olana kömək edin.Seçdiyiniz iş yeni təəssüratlar, yaşamınızda yeni stimul, mühüm mövzunun inkişafını vəd edir. Görüş və danışıqlarda diqqətli olun.Bədxahın təxribatına uymayın.Axşam saatları ailəvi istirahət üçün əlverişlidir.

Balıqlar - tərəfdaşlarınızdan biri yeni fəaliyyət sahəsi ilə bağlı çətin, amma vacib mərhələdədir. Yeni yaşam orientirləri seçmək zamanıdır. Tərəfdaş və ya şəriki dəstəkləyin, onu ruhlandırın, yardım edin.Gələcək perspektivlərlə bağlı müzakirələr üçün əlverişli zamandır.
Şəxsi münasibətlər müstəvisində hər şey əladır. Qarşılıqlı anlaşma var. Ailə üzvləri ilə keçirilən vaxt sizdə xoş təəssürat yaradacaq. Ətrafınızdakı insanlardan mümkünsüz olanları tələb etməyin.Nə isə və ya kimsə əsəblərinizi tarıma çəkə bilər. Təmkinli olun. WseMir.CoM
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
PreNseS
'eqreb burcu ucun tewekkur
Omrum Ikimizin
qiz burcuyemmmmmm mmmmmm
Nutella
melumata gore tewekkur))

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (365)
21:00
352

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (365)

18.01.2020 Gündəlik Bürclər (18 Yanvar 2020)
20:00
1 816

18.01.2020 Gündəlik Bürclər (18 Yanvar 2020)

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (383)
19:00
593

Modamı Dediniz - Qarışıq Şəkillər 2020 (383)

Sizi sevir, yoxsa sevmir – Psixoloji TEST
18:00
278

Sizi sevir, yoxsa sevmir – Psixoloji TEST

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (90)
17:00
548

Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (90)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
214

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gündə iki stəkan pomidor suyu için - Xanımların DİQQƏTİNƏ!
15:00
84

Gündə iki stəkan pomidor suyu için - Xanımların DİQQƏTİNƏ!

Qadınlar Haqqında Maraqlı Həqiqətlər
14:41
2 813

Qadınlar Haqqında Maraqlı Həqiqətlər

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (207)
14:00
404

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2020 (207)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ