ALiYeVdən Günlük Bürclər 25.12.2014

24 Aralık 2014
2 428
0
ALiYeVdən Günlük Bürclər 25.12.2014
ALiYeVdən Günlük Bürclər 25.12.2014

Qoç - günün ilk yarısında işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır.Etiraflar və emosiyaların tarıma çəkilməsi yolverilməzdir. Nəzərdə tutduğnuz istiqamətdə irəliləmək üçün iradəli olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. İnteryerdə dəyişikliklər etmək olar.

Buğa - bütün diqqəti işə yönəldin. Həllini tələb edən və yarımçıq qalmış layihəni başa vurun. Ev işləri də az olmayacaq. Enerjinin bir qismini yaşam məkanının yenilənməsinə, köhnə əşyalardan qurtulmağa sərf edin.Yeni və gərəkli avadanlıq, əşyalar almaq olar. Yaxınlarınızla, ailə üzvlərinizlə məsləhətləşin. Ümumi planları və məsələləri nəzərdən keçirmək olar.Axşam saatlarında dostlarla görüş pis olmaz. Bədxərclik etməyin.

Əkizlər - rasional olun, məntiqli davranın. Münasibətlərdə və işlərdə orijinal yanaşmanı nümayiş etdirin. Qeyri-adi planı reallaşdırmaq üçün yaxşı gündür. Sevdiyiniz insanı və yaxınlarınızı sevindirin.Etibar etdiyiniz insanlarla çalışın. Xərclər artacaq.Şəxsi münasibətlərdə diqqətin formal izharı xüsusi məna kəsb edir. Yardım və dəstəyə ehtiyacı olana kömək edin. Situasiyadan asılı olaraq rol bölgüsü aparmaq olar.

Xərçəng - iradəli, qətiyyətli olun. Aktiv çalışın. Konkret planlarınızı reallaşdırmaq üçün cəsarətlə davranın. Belə olarsa, işlərdə irəliləyişə nail olacaqsınız. Maraqlandığınız insanla görüşərək rutin mövzular çərçivəsini genişləndirmək mümkündür. Qarşılıqlı münasibətlərə yeni stimul və ideyalar qatın.Alış-veriş, zəruri əşyalar almaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdəki sərinliyi aradan qaldırın. Qayğıkeş olun, sevdiklərinizə hədiyyələr verin.


Şir - əyləncə və istirahət istəklərini təxirə salın. Bu gün gərgin iş zamanıdır. Dostlarla ünsiyyətdə olun, ümumi layihə ilə bağlı yaranmış suallara cavab arayın.
Bir sıra işgüzar məsələləri həll etmək olar.Qeyri-adi şəraitdən yararlanaraq situasiyanı öz xeyrinizə dəyişin. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızdakı insanları maraqlandırın. Məqsədə çatmaq üçün təşəbbüskar olun.

Qız - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Situasiyanın yaratdığı imkanlardan istifadə edin. Ünsiyyət üçün xoş vaxt keçirməklə yanaşı, yeni məlumat və dəyərli informasiya ala biləcəyiniz məclisi seçin. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Niyyətləriniz açıq olsun.Yardım istəyən insana kömək edin. Yaxın ətrafınızdakı insanların səbr və qayğınıza ehtiyacları var.Səhhətinizə və xarici görkəminizə fikir verin.

Tərəzi - işlər və qayığlar çoxdur. İntuisiyanıza güvənin. Cari problemlərin qəfil və orijinal həllini tapmaq mümkündür. Bir yerdə çox qalmayın, aktiv olun. Yazışmalarda ləng olmayın, informasiya axtarın, məsləhətlərdən yararlanın. Kiçik və xırda işləri tamamlayın.Alış-verişdə bədxərclik etməyin. Emosiyalara aldanmayın. Yaxın ətrafınızdakı insanları pərişan etməyin.Səhhətinizə fikir verin. Axşam saatlarında qısamüddətli gəzintidə xeyir var.

Əqrəb - günü mümkün qədər aktiv keçirin. Parlaq, güclü hisslərə ehtiyac duyursunuz. Belə hissləri kənarda yox, mövcud fəaliyyət prosesində də araya bilərsiniz. Ünsiyyətdə süst, təmaslarda tənbəl olmayın.Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın.Yaşam arealında dəyişikliklər üçün əlverişli zamandır. Aktivliyiniz mütləq estetik məzmunlu olmalıdır.Sevdiyiniz insana hədiyyə verməyi unutmayın.


Oxatan - yaşam və fəaliyyət arealınızın genişlənməyə ehtiyacı var. İndi belə imkan yaranıb. Həyati önəm daşıyan məsələnin inkişaf və stimullaşdırılması üçün aktiv olun. Uzaq tərəfdaş və ya qohumlarla əlaqələr də imkanlarınızın reallaşdırılması üçün yeni yolların axtarışına səbəb ola bilər.Mühüm məsələnin öhdəsindən gəlməkdə çətinlik çəkdiyinizi hiss edən kimi inandığınız insandan yardım istəyin. Yaradıcı fəaliyyət üçün obyekt arayın. Hələ ki alınmayan məsələlərə izafi diqqət yetirməyin.

Oğlan - ən yaxın vaxtlarda gündəmə gələcək vacib məsələnin ərəfəsidir. Diqqətli və sayıq olun. Təmaslarla əlaqələrdə özünüzü məhdudlaşdırmayın. Yeni təəssüratlar və informasiya vəd edən işlə məşğul olun. Poçt qutularınızı yoxlayın: sizi maraqlı məlumat gözləyə bilər.
Səhhətinizə fikir verin. Gərək olduğundan artıq çalışmayın.Axşam saatlarını dostlarla keçirmək olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun, fəallaşın.

Dolça - qarışıq və mürəkkəb olsa da, əlverişli gündür. Çox işin öhdəsindən gəlmək olar. Saatlar keçdikcə həmkarlar və tərəfdaşla qarşılıqlı əlaqələr, birgə fəaliyyət daha da aktiv olacaq. Yaradıcılıq ruhu fəaliyyətdə qəfil dəyişikliklərə səbəb ola bilər. Yeni məlumat, məsləhət və ya qeyd çalışdığınız işin dayandırılmasına, yeni istiqamətin seçilməsinə rəvac verəcək.Standartlara tam riayət etməyə dəyməz. Yeniliklər zamanıdır. Çatışmayan mühüm nəsnəni əldə etməyə can atın.
Axşam saatlarında istirahət edin.

Balıqlar - adi günlərdən fərqli olaraq bu gün ev işləri və məişət qayğıları daha çox diqqət tələb edir. Bu səbəbdən də xərclər artır, yaxın gələcəklə bağlı planlar dəyişir. Hansısa istək, niyyətin fərqli təzahür formasında gündəmə gələcəyi istisna deyil. Yaxınlarınız sizdən diqqət və qayğı tələb edirlər.
Günün ikinci yarısı ünsiyyət, işlərdə dönüş üçün əlverişlidir.Məlumatla iş, mütailə, yazışma, dostlarla internetdə təmaslar da ola bilər.Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.