Ən çox siqaret çəkən qadınlar haradadır?

15 Mart 2015
1 670
0
Ən çox siqaret çəkən qadınlar haradadır?
Ən çox siqaret çəkən qadınlar haradadır?


Statistikada siqaret çəkən kişilər qadınlara nisbətən çoxdur. Ən çox siqarət çəkən qadınlar çinlilərdir.Ən çox siqaret istehlak edilən ölkələrdən olmasına baxmayaraq, Yunanıstan qadınları "ən az siqaret çəkən qadınlar” hesab olunur.

İslandiya, Norveç və İngiltərədə isə siqaret çəkən qadın ilə kişilərin nisbəti bərabərdir. Ən gənc siqaret çəkən qadınlar Çili, Ukrayna və Argentinadadır.

Ən çox siqaret çəkən yaşlı qadınlar isə Qvineya, Venesuela və Livan qadınlarıdır.


Araşdırmalara görə, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. 1950-ci ildən etibarən ağciyər xərçəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri, qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini artırır. Siqaretin tüstüsündə 4.000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.