Geyimlərinizi bel uzunluğunuza görə seçin

08 Mayıs 2016
2 358
1
Geyimlərinizi bel uzunluğunuza görə seçin
Geyimlərinizi bel uzunluğunuza görə seçin

Gözəl görünmək üçün hər bir qadın düzgün geyim seçimi etməlidir. Düzgün geyimi seçmək üçün mütləq bədən ölçülərinizi bilməlisiniz. İlk əvvəl uzun belli və ya qısa belli olduğunuzu müəyyən etməlisiniz. Bunu öyrənmək üçün iki nahiyyəni ölçmək lazımdır. lazımdır. Əvvəl qoltuq altı ilə belinizin arasındakı məsafəni ölçün. Sonra beliniz ilə çanaq arasını məsafəni ölçün. Əgər ilk ölçünüz daha qısa çıxarsa siz qısa bellisiniz. İkincisi qısa çıxarsa o zaman siz uzun belli bir qadınsınız.

Qısa belli qadınlar necə geyinməlidir

Əgər qısa beliniz varsa, bədəninizin alt hissəsi daha kiçik görünür. Giyiminizdə bədəninizin tarazlığını təmin etməlisiniz. Şaquli xəttlərin olduğu geyimlərə üstünlük verin. Bu xəttlər üst hissəsini daha uzun göstərir. Beləcə beliniz bir miqdar daha aşağıya enər. Zolaqlı köynəklərin xəttləri incə olmalıdır.

Bədəni büruzə verməyən enli köynəklər seçim edə bilərsiniz. Bu belin əslində harada olduğu göstərməməyin bir başqa yoludur. Dərin bir V yaxa (yalnız qısa belli qadınlar üçün deyil, bütün qadınlar üçün istifadə edilə biləcək bir üsuldur) beli aşağıya çəkər mərkəzi dəyişdirər. Kəmərli paltarlar geyinməyin. Kəmərə ehtiyacınız varsa, bel bölgəsinə diqqəti azaltmaq üçün paltar ilə eyni rəngdə dar bir kəmər seçin.

Uzun belli qadınlar necə geyinməlidir

Uzun belli qadınların problemi bədən tipinə görə ayaqlarının daha qısa görünməsidir. Əgər uzun belli qadınsınızsa, sizin alt qisminizi uzun görünməsini təmin edəcək geyimlər geyməlisiniz.
Beldən qabaran paltarlar seçin. Bu üslub belinizin daha yüksək və ayaqlarınızın daha uzun görünməsini təmin edəcək.
Belə oturan köynəklər seçin. Qısa köynəklər bir problem mədədir. Bu cür köynəklər qadınların qarın bölgələrini büruzə verir. Bunun üçün qarınlı qadınlar üçün bu seçk mbir az çətin olacaq.
Şalvarlarınızı uzun belli və ya bir az daha yüksək ala bilərsiniz. Ancaq ayaqlarınızın qısa görünməsinin qarşısını almaq üçün qətiyyən çox dar şalvarlar geyinməyin.

Qısa pencəklər geyin. Məsələn, bolero tərzi pencəklər, uzun müəyyən qadınlarda çox qəşəng ola bilər. Ayaqqabılarınız hündür daban olsun. Ayaqlarınızın daha uzun görünməsini təmin edəcək.
Ayaqlarınızı uzun göstərmək üçün ətək ya da pdon geyinirsinizsə, ayaqqabınız ilə corab rəngləri uyğun olmalıdır.
Nə etsəniz edin, ayaqlarınızı daha qısa göstərən Stildən uzaq olun. Aşağı belli cinslər, belinizi daha da uzun edər və ayaqlarınızı qısaldar. Yüksək belli şalvarlar, qıçlarınızı uzun göstərərək təbii bir görünüş verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Melumata gore twkler :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.