Bədən tipinə uyğun ətək seçimi
İncə və uzun xətlərə sahibsinizsə...
Yəqin ki, insanlar həmişə sizə çox şanslı olduğunuzu deyir. Nə geyinsəniz, gözəl yaraşır.
Ətək ölçüsü də sizin üçün dərd deyil. Mini, midi formada kəsilmiş, ya da ayaq biləyinizə qədər uzanan və dərin yırtıqlı ətəklər tam sizə görədir. Ancaq uzun ətəkləri geyinərkən ayaq biləklərinizi tam örtməməsinə çalışın.
Uzun boylu və iri vücuda sahibsinizsə...
Uzun boyun üstünlüklərindən istifadə edərək artıq çəkinizi gizlədə bilərsiniz. Bunun üçün ayaq biləyinə qədər uzanan tünd rəngli ətəklər geyinin. Mini və midi ölçüdə ətəkləri məsləhət görmürük. Tünd rəngdə gen donlar sizi daha incə göstərəcək.
Qısa boylu və köksünüzsə...
Sizin üçün ən ideal ətək dizdə bitən ətək modelləridir. Çox uzun ölçüdə ətək geyinmək sizi olduğunuzdan da qısa və kök göstərəcək.
Çox dar və mini ətəklər ayaq uzunluğunuzu qısaldacaq və ayaqlarınızı kök göstərəcək. Uzun ətək ölçüsünü daha çox donlarda seçin.
Qısa boylu və arıqsınızsa...
Mini və midi ətəklər sizi seksual göstərəcək. Tam əyninizə oturan və dizinizin bir qarış yuxarısında bitən ətək sizin üçün idealdır.
Uzun ətəkləri geyinməyin. Uzun ətək sizi həm daha arıq, həm də qısa göstərəcək.