Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI

11 Ocak 2022
2 815
0
Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI
Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik? Feat.Az bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını verir.



Tişört




Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.



Köynək




Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər...



Yun jaket



Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.



Corablar




Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.



Yay paltarları



Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.



Nəyi bədən ölçümdən kiçik almalıyam?



Cins şalvar




Cins şalvarlar daim hava keçirirlər. Cins şalvarların çoxu laykralı parçadan hazırlandığı üçün müddət sonra genişlənir.



Tayt



Taytlarda 5 faiz belə elastin varsa, parçanı genişləndirər. Buna görə kiçik ölçü alaraq, taytların istifadə müddətini uzada bilərsiniz.



Poliester jaket




Gün ərzində əyninizdə olan bu jaketlər genişlənə bilər və pinti bir görünüş ortaya çıxar.



Kapron corab



Bir-iki dəfə yuyulduqdan sonra dizlərdə və topuqlarda yığılmalar olacaq. Bu görünüş heç bir qadının xoşuna gəlməz. Buna görə bədən ölçünüzdən bir nömrə kiçik alın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.