DİQQƏT - Saçlarınızı dəsmalla qurulamayın!

18 may 2016
1 549
0
DİQQƏT - Saçlarınızı dəsmalla qurulamayın!
DİQQƏT - Saçlarınızı dəsmalla qurulamayın!

Saçlarınıza kifayət qədər qulluq etsəniz də, problemlərdən xilas ola bilmirsiniz?
Araşdırmalar göstərib ki, bir çox insan saç tökülməsinin və ya saçların elektrikləşməsinin səbəbini aydınlaşdıra bilmir. Xanımlar isə xüsusi maskalardan və ya faydalı yağlardan istifadə etsələr də, saçqırandan əziyyət çəkirlər. Mütəxəssislər bildirirlər ki, saçla bağlı yaranan problemlərin bir çoxu onları düzgün qurulamamaqdan qaynaqlanır.

Ancaq narahat olmağa dəyməz. Çünki məsləhətlərə əməl edərək daha sağlam və parlaq saçlara qovuşa bilərsiniz.

Əvvəlcədən onu qeyd edək ki, saçlarınızı duşdan sonra dəsmalla qurulayırsınızsa, onları heç vaxt arzuladığınız kimi parlaq və gur görə bilməyəcəksiniz. Çünki dəsmal bədəni qurulamaq üçün uyğun olsa da, saçları korlayır.

Ən yaxşı variant saçı tərkibi 100 pambıqdan ibarət parça ilə qurulamaqdır. Bu proses 5 dəqiqədən artıq çəkməməli, saçı tamamilə qurutmağa çalışmamalısınız. Evdən çıxmağa tələsmirsinizsə, saçın öz-özünə qurumağını gözləyin. Əks halda əvvəlcə saça onu yüksək temperaturun səbəb olacağı fəsadlardan qoruyacaq sprey vurun. Daha sonra isə saç fenini 15-20 santimetr uzaqdan tutub əvvəlcə saç dibini, sonra ucları qurudun.
Saçlarınızı əsla yaş halda daramayın. Bu saçın qırılmasına səbəb olur. Saç quruduqdan sonra ona cüzi miqdarda lavanda və ya zeytun yağı çəkib darayın.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
0

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
0

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
16

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
788

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
2 406

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (262)
19:00
808

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (262)

Səbəbim Yazılı Şəkilləri 2019 (79)
18:00
630

Səbəbim Yazılı Şəkilləri 2019 (79)

Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARI
17:00
108

Ürəyin dostu, sonsuzluğun dərmanı- Əncirin bilmədiyimiz FAYDALARI

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
295

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ