Hamamdan çıxandan sonra saça qulluğun Düzgün qaydaları
Feat.Az lent.az-a istinadən həmin qaydaları təqdim edir.
Saçları dəsmal ilə qurutmaq
Yaş saçlar həssas olduğu üçün qırılmağa daha meyilli olur. Buna görə də saçlarınızı dəsmalla sərt ovalamaq yerinə hamamdan çıxanda dəsmalla sarıyaraq nəminin keçməsini gözləyin.
Nazik davranın
Saçları yuduqdan sonra darayarkən əvvəlcə baxım yağı və ya maye saç kremi sürtün. Beləcə saçları darayarkən qırılmaz. Darayarkən də yavaş şəkildə darayın.
Masaj edin
Masaj yağını saçlarınıza sürtdükdən sonra barmaq ucları ilə dariəvi hərəkətlərlə saç diblərinə masaj edin. Beləcə masaj tətbiq edərək xoşbəxtlik hormonlarını da aktivləşdirmiş olarsınız. Dərindən nəfəs almağı da unutmayın.
Elektriklənməsini əngəlləyin
Saçların elektriklənməsini əngəlləmək üçün saç spreyi istifadə edin. Həm də saçları nəmləndirən kolagen tərkibli şampun və saç kremləri də bu problemi həll edəcək.
Saç şəkilləndirmə
Saçlarınızı qurudub şəkilləndirin, amma daha həcmli görünməsini istəyirsən? O zaman daha dolğun bir təsir yaratmaq üçün həcmverici spreyi yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarı doğru sürtün.