Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin

10 Ocak 2022
2 910
0
Saçlarını boyayan xanımların nəzərinə: bu səhvləri etməyin
Saç boyayan zaman bəzi səhvlər edirik və bu da istədiyimiz rəngin alınmasına mane olur. Feat.Az sizə saç boyayarkən edilən səhvlər barədə bəzi məlumatlar verir.



Təmiz saçı boyamayın




Saçınızı boyayacağınız gün başınızı əvvəldən yumayın. Saçınızda və saç dərinizdə olan bədən yağınız sizi boyanın aşındırma, incitmə kimi təsirlərindən qoruyur.



Çətin işləri peşəkarlara etibar edin




Evdə saç boyayarkən bir-iki ton açmaq və tündləşdirmək çətin olmaya bilər. Ancaq daha kəskin dəyişikliklər üçün peşəkarlara müraciət etmək saçınızın sağlamlığı üçün daha münasib olacaq.



Qaşlarınızı boyamayın




Saç rənginizi qaş rənginizlə uyğunlaşdırmaq sizə cazibədar görünə bilər, ancaq qaşlarınızı boyamamalısınız. Boyanı gözə yaxın tutmaq gözlərinizə zərər verə bilər. Həmçinin qaşlarınız, saçlarınızdan daha fərqlidir və buna görə eyni görünüşə sahib olmayacaq.



Əvvəlcə yoxlayın




Xüsusilə boz və ağarmış saçlarınız varsa, bəzi saç boyaları onları örtməkdə elə də müvəffəqiyyətli olmaya bilər. Bu üzdən saçınızın hamısını boyamazdan əvvəl boyanızı və saxlama müddətini yoxlayın. Həmçinin tünd rəng saçlar da bəzi boyaları tutmaya bilər. Buna görə də boyanı saçın bir çəngəsində yoxlamaqda fayda var.



Tək ton boya istifadə etməyin



İki fərqli rəng tonu istifadə edərək, evdə boyadığınız saçınızın daha təbii görünməsini təmin edərsiniz. Mütəxəssislər qalıcı rənglərin təkrar-təkrar tətbiq edilməsinin saça zərər verdiyini bildirir.



Saç kökü və uclarını eyni şəkildə boyamayın



Saç kökünüz və saç uclarınız bir-birindən tamamilə fərqlidir. Buna görə eyni şəkildə boyasanız tamamilə fərqli görünə bilərsiniz. Saç ucları boyanı köklərdən daha asan qəbul edir. Buna görə də saçlarınızı boyamağa köklərindən başlayın.



Saçlarınızı başqasında gördüyünüz rənglərə boyamayın




Saç rəngi seçərkən dəri və göz rənginizi göz önünə alın. Sarı saç tonları ağ dərili insanlara daha çox yaraşır. Karamel kimi qəhvəyi tonlarda saçlar tünd rəngli insanlara daha çox yaraşa bilər. Amma rənglər, hər insanda fərqli də görünə bilər.



Saçlarınızı boyadıqdan sonra yumaqdan çəkinməyin



Çox insan saçlarını boyadıqdan sonra boyanın axmaması üçün saçlarını yumaqdan çəkinir. Bu vəziyyət boyanın qalıcılığı baxımından təsirli olsa da, saçların sağlığı üçün yanlışdır. Saçlar boyandıqdan sonra saç dərisində və saç tellərində qalan boyanı saçdan təmizləmək üçün boya qoruyucu şampunlardan istifadə etmək lazımdır.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.