Saç tökülməsinin qarşısını alan qidalar

Feat.Az xarici KİV-ə istinadən məlumat verir ki, saçların sağlamlığı üçün düzgün qidalanma vacibdir.
Özəlliklə protein və dəmirlə zəngin olan ərzaqlar sağlam saçlara sahib olmağınıza kömək edir. Saçlarınızın sağlam olması üçün lazım olan ərzaqların siyahısını təqdim edirik:
Qırmızı ət
Dəmirlə zəngin olduğu üçün sağlam saçlara sahib olmaq istəyirsinizsə, həftədə müəyyən qədər qırmızı ət istifadə edin.
Süd və süd məhsulları
Tərkibində B1, B2, B12 və D vitaminləri var. Bu məhsullar saç problemi ilə yanaşı başqa bir neçə xəstəliyin də qarşısını alır.
Dəniz məhsulları
A vitamini ilə zəngin olan dəniz məhsulları saçlarınızın qorunmasında yüksək rola malikdir.
Meyvə və tərəvəzlər
Sağlam bədənə, saçlara sahib olmaq üçün gün ərzində yaşıl tərəvəzlər və meyvələrdən istifadə edin.
Çərəzlər
Çərəzlərin tərkibində kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. vitaminlərlə yanaşı çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.
axsam.az