Bənövşəyə evdə qulluq etməyin DÜZGÜN QAYDASI

10 Mart 2018
2 234
0
Bənövşəyə evdə qulluq etməyin DÜZGÜN QAYDASI
Bir çox insan eyvan və ya pəncərə qarşısında bənövşə gülü qoymağı sevir. Lakin bəziləri ona qulluq etməyə çətinlik çəkir. Feat.Az ev şəraitində bənövşə gülünü yetişdirməyin yollarını təqdim edir.



Əvvəlcə bunu qeyd edək ki, evdə yetişdirilən bənövşə növü Afrika mənşəlidir. Ona görə də başqa növ bənövşə yetişdirmək istəsəniz, sizə təqdim edəcəyimiz üsullar işinizə yaramaya bilər.



Kiçik və dəlikli dibçəyə üstünlük verin




Evdə bənövşə gülü saxlamaq istəyirsinizsə, ilk növbədə onun qabına fikir verməlisiniz. Bu qab saxsı olmalıdır. Nəzərə alın ki, bir çox saxsı növü də bənövşə üçün uyğun deyil. Saxsılar orta boylu və dəlikli olmalıdır.



Torflu torpağa üstünlük verin




Bənövşə əkəcəyiniz torpaq mütləq torflu olmalıdır. Nəmli və sıxlığı az olan torpaqlarda yaşamağı sevən bu bitkinin PH tarazlığı çox əhəmiyyətlidir. Evdə PH tarazlığını ölçmək mümkün olmadığı üçün torpağa erlit, ponza, vermikulit kimi minerallar əlavə edərək PH-ı tarazlaya bilərsiniz.



Birbaşa günəşdən qoruyun




Bənövşə tropik iqlimləri sevən bir çiçəkdir. Gün işığını sevir, ancaq birbaşa günəş işığı bu bitkiyə zərər verir. Bənövşəni şərq və ya qərb istiqamətlərə baxan pəncərələrin önünə qoyun.



Sulamağa diqqət edin




Bənövşə az sulandıqda da solur, çox sulandıqda da. Bayaq da qeyd etdiyimiz kimi, bənövşə tropik iqlim sevir, ona görə də torpağı nə həddən çox, nə də həddən az suvarmaq olmaz. Məsələn, görsəniz ki, torpağı nəmlidir yenidən sulamağa ehtiyac yoxdur.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.