Bir Dostum var...(Dostuma özəl)

20 Şubat 2015
5 416
0
Bir Dostum var...(Dostuma özəl)
Bir Dostum var...(Dostuma özəl)

Bir Dostum var...(Dostuma özəl)

Bir dostum var...Hər zaman məni anlayan, məni dəstəkləyən. Bir dostum var...Kədərli anlarımda onla danışan. Məni olduğum kimi sevən, olduğum kimi anlayan bir dostum var. Üzümü güldürən, halımı soruşan bir dostum.
Onu çox istəyirəm. Çünki anlayışlıdır, çünki tərbiyəlidir, çünki səmimidir. Çox dəyərlidir mənim dostum. Bilirəm Bir problemim çıxsa mənə " niyə üzgünsən dostum?" deyəcək. Mənsə göz yaşımı silib ona anlatacam həyatın kədərini, qəmini, içimdəki dərdləri...Hər gün keçdikcə daha çox sevəcəm dostumu. Dost kimi sevəcəm, dost kimi qoruyacam, dost kimi hər zaman həyatimda arzulayacağam. Bax buna layiqdir mənim dostum. Qəlbi təmiz, acılarını ürəyində basdırır mənim dostum eynilə mənim kimi. Hər kəsi güldürür,həmişə gülür amma təklidə ağlayır mənim dostum.Eynilə mənim kimi. O mənim xasiyyətimdədir. Mənim dostumdur, Mənim dəyərli və kimsələrə dəyişməyəcəyim dostumdur.
Dostumu cox istəyirəm. O mənim aynamdır. O mənim pozitiv dunyamdır. O mənim dəyərli dostumdur...Həmişə səni çox istəyəcəm dostum! Səndə bu dostluğu mənim kimi qoru həmişəlik qoru onu kirlətmə. Qoyma dostluğumuza tikanlar batsın. Qoyma. Bilirəm bizim dostluğumuzu qısqanacaqlar. Aramızı bəlkədə vurmağa can atacaqlar. Amma güclü olub heç kəsin mənasız sözlərinə inanmayacağıq. Hər addımda qoruyacağıq bir birimizi. Biz başqaları kimi saxta dost deyilik , biz basqaları kimi xəyanətkar deyilik. Biz esl dostuq...Biz gerçək dostuq! Həmişə var ol dostum! )


MÜƏLLİF: SOLEDAD
BAŞQA SAYTLARDA GÖRMÜYÜM!!!

Bir Dostum var...(Dostuma özəl)


Bir Dostum var...(Dostuma özəl)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.