Sosializm
Sosializm — bütün istehsalatın və gəlirlərin bölüşdürülməsinin dövlətin nəzarəti altında olduğu iqtisadi, ictimai-siyasi formasiya. Müxtəif sosialist cərayanları tərəfdarlarının ümumi məxrəci istehsal vasitələri üzərində ictimai mülkiyyətin mövcudluğu, şəxsi mülkiyyətin tam və ya əsasən sıradan çıxarılmasıdır. Sosyalizm iqtidar və istehsal vasitələrinin xalq tərəfindən idarə edildiyi bir cəmiyyət fikrinə söykənən düşüncə sistemidir.Siyasi termin olaraq sinifsiz bir cəmiyyətin yaradılması məqsədilə, inqilab və ya ictimai təkamül vasitəsi ilə təşkilatçı bir əməksevər sinif yaradılması ilə birbaşa əlaqəlidir. Sosializm, oz rüşeymini sənayeləşmə dövründə, maarifçilik hərəkatları zamanı dilə gətirilən siyasi və ictimai bərabərlik istəyindən almışdır. Zamanla modern demokratik sistemlərə sosial islahatlar formasında təsirini artırmışdır. Marksist nəzəriyyədə sosializm kapitalizmi əvəzləyəcək, sosyalist quruluş öz-özünə süqut etdikdən sonra komunizmə keçid edən cəmiyyətə işarə edir. Komunizm sosializmin davamı hesab edilən ictimai sistemdir.