Dünyanın ən nəhəng heyvanları

14 Ekim 2015
3 053
3
Dünyanın ən nəhəng heyvanları
Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanları

Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:

Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük öküzDünyanın ən nəhəng heyvanları

Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.

Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük timsahDünyanın ən nəhəng heyvanları

Şəkildə altı metr uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın mövcudluğunu təsdiqləyib.

Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük ilanDünyanın ən nəhəng heyvanları

Dünyanın ən böyük ilanı Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqram ola bilər.

Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.

Bildirək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük atDünyanın ən nəhəng heyvanları

Dünyada ən böyük at «Sampson» ləqəbli atdır. Onun hündürlüyü iki metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.

Qeyd edək ki, hazırda yaşayan atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu yeniləyə bilməyib.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük dovşanDünyanın ən nəhəng heyvanları

Böyük Britaniyanın Sasseks qraflığında «Ralf» ləqəbli dörd yaşlı dovşan «Dünyanın ən kök dovşanı» tituluna sahibdir.

Ralfın sahibi Paulina Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir metrdən çox olduğunu deyir.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük hörümçəkDünyanın ən nəhəng heyvanları

Yalnız sonluqlarının ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük hörümçək Terafoza Blonda olar.

O, qurbağa, kərtənkələ, siçan və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük köpəkbalığıDünyanın ən nəhəng heyvanları

Bu gün köpəkbalıqları arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.

Bildirək ki, bəzi köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük ayıDünyanın ən nəhəng heyvanları

İndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə asanlıqla ikinci mərtəbəyə boylana bilər.

Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük meduzaDünyanın ən nəhəng heyvanları

Dünyada ən böyük meduza arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.

Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük vəhşi pişikDünyanın ən nəhəng heyvanları

Şir və dişi pələngin törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar, rastlaşmır.

Bu törəmənin dünyada ən böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük böcəkDünyanın ən nəhəng heyvanları

Ən böyük, rekordçu böcək «Titanus giganteus»dur. Ən böyük təmsilçi barədə dəqiq məlumat isə yoxdur.

Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17 santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük tısbağaDünyanın ən nəhəng heyvanları

Dünyada ən böyük tısbağa qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600 kiloqrama çata bilər.

Lakin 916 kiloqram çəkiyə malik tısbağanın tapıldığı məlumdur.

Qeyd edək ki, bu, Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur.


Dünyanın ən nəhəng heyvanları

Dünyanın ən nəhəng heyvanlarıƏn böyük uçan quşDünyanın ən nəhəng heyvanları

Təkcə qanadlarının uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.

Bəzilərində qanadların uzunluğu 310 santimetrə çata bilər.


Dünyanın ən nəhəng heyvanları


Mənbə: salamnews.org
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Dəxşət dərəcədə böyükdülər. Əsasda o timsah. Şoka düşdüm) Dovşan insandan lap boyudu. İlan heçda onnan danismiasamda olar göz qabaqindadi. Tisbağada dəhşət nəhəngdi. Maraali xəbər oldu mənimcun. əziyyətli xəbərinə görə cox saqol.
  2. AleDa
    • AleDa
    • 14 Ekim 2015 23:39
    Cox maraqlıdı. Vehsı pısık maraqlı oldu.
  3. crazy_reniw
    coox maraqlidir en boyuk tisbaga coox maraqliydii
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.