Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

18 Ekim 2015
6 040
2
Tavada qatılaşdırılmış südlə tort (foto-resept)
Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Tərkibi (10-12 pay):

korjlar üçün:
600 q un
1 banka qatılaşdırılmış süd
1 yumurta
1 ç.q. söndürülmüş soda, yaxud qabartma tozu

krem:
750 ml süd
200 q kərə yağı
300 q şəkər tozu
2 yumurta
5 x.q. un
vanilli şəkər

əlavə:

0,5 st. qoz, yaxud araxis


Hazırlanması:

Dərin qaba qatılaşdırılmış südü tökün, yumurta, ələnmiş un və qabartma tozunu əlavə edin. Ələ yapışmayan, elastik xəmir yoğurun.
Xəmiri 8 bərabər hissəyə bölün.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Hər birini 26-27 sm diametrində yayın.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Quru tavada hər iki üzü qızılı rəng alanadək bişirin.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Korjlar tez bişir. Hazır korjları soyudun, kənarlarını hamarlayın (ovuntuqlar tortun üzərinə səpiləcək).

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Bişmiş krem: qazana süd tökün, yumurta, şəkər tozu, vanilli şəkər və un əlavə edin. Qarışdırıb ocağın üstünə qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 5 dəqiqə. Sonra ocaqdan götürün, yağ əlavə edib mikserin aşağı sürətində çalın.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Korjların arasına isti krem çəkməklə üst-üstə düzün.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Ovuntuqları bir az da xırdalayın, xırdalanmış qozla (araxislə) qarışdırın.

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Tortun üzərinə krem çəkib, bu qarışığı səpin.
Tortu bir gecə soyuducuda saxlayın.


Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Tavada qatılaşdırılmış südlə tort (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
  2. AleDa
    • AleDa
    • 18 Ekim 2015 12:14
    Maraqlı reseptdı. Edecem bır gun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.