Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

23 Ekim 2015
3 587
2
Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə
Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyə azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu ölkələrdən biridir. Minillik tarixi, zəngin mətbəx və mədəniyyəti, dənizi və təbiəti ilə Türkiyə dünyada ən çox turist qəbul edən ölkələr arasındadır. Ölkənin təbii gözəllikləri, memarlıq nümunələri və tarixi abidələri hər kəsin qəlbini fəth edəcək dərəcədə gözəldir. Biz də bütün bunları nəzərə alaraq, Türkiyəyə getdiyinizdə mütləq görməli olduğunuz 10 mükəmməl mənzərəni sizə təqdim edirik.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə1. Kız Kulesi, İstanbul Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Üsküdarda bir adada yerləşən Qız qalası İstanbulun ən gözəl mənzərəli yerlərindən biridir. Tarixi yarımadanın nəfis görüntüsü ilə bütünləşən mənzərədən doymaq qeyri-mümkündür. Xüsusilə axşam saatlarında Günəşin qürubunu burada izləmək sizə unudulmaz hisslər bəxş edəcək. Əgər təkcə izləməklə kifayətlənmək istəmirsinizsə, Salacak və Kabataş’dan gedən gəmi marşrutlarla qalaya gedə bilərsiniz.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə2. Pamukkale, DenizliTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə


Türkiyənin cənub-qərbində olan Dənizli ilində bir təbii parkdır. Şəhər isti bulaqları, travertenləri və axan sulardan qalan karbonat mineralların teraslarını əhatə edir.Bu məkan ağ travertenləri ilə dünyada bənzəri olmayan bir təbiət möcüzəsi hesab edilir. Günün müxtəlif saatlarında müxtəlif görüntü ilə görə biləcəyiniz bu sehrli məkanı ziyarət etməyiniz xüsusilə tövsiyə olunur.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə3. Tekirova, AntalyaTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Tekirova Kəmərin mavi bayraqlı çimərliklərilə məşhur olan tətil zonasıdır. Bu çimərliklərdən ən məşhuru isə Olimposdur. Olimpos’un və ətrafındakı digər kəndlərin gözəlliyi artıq çox insana məlumdur. Lakin siz burada daha artığını da tapa bilərsiniz. Məsələn, Tahtalı Dağı mütləq görməlisiniz.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə4. Mardin Evləri, MardinTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Nağıllar aləminə getnəyə hazırsınızmı? Mardinin sarı daş evləri insanı elə ilk baxışdan özünə cəlb edir. Evlərin mənzərəsi isə bu yerlərin minillik tarixinin özünü əks etdirir. Bu bölgəyə getdiyinizdə özünüzü qeyri-real, nağıllar dünyasına düşmüş kimi hiss edəcəksiniz.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə5. Nemrut Dağı, AdıyamanTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Nemrut dağı Türkiyənin cənub-şərqində, Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nemrut dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882-1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdir.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə6. Sümela Monastrı, TrabzonTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Sümela monastırı Trabzon ilinin Maçka ilçəsinin Altındərə kəndi sərhədləri içərisində yerləşən dərənin qərb yamaclarında olan Qara təpəsi üzərində dəniz səviyyəsindən 1.150 metr yüksəklikdəki qədim Rum Pravoslav monastır və kilsə kompleksidir. Buranın mənzərəsindən doya bilməyəcəksiniz!

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə7. Kızkalesi, Erdemli Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Kız Kulesi’ndən sonra bu səfər də Kız Kalesi – bizim dildə desək, Qız qalası. Mersinin Erdemli ilçəsində Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qız qalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirlər alınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Bu mənzərə gözoxşayandır.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə8. Kral Məzarları, AmasyaTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Kral qaya məzarları Hellenistik dönəmdə Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarlarıdır. Amasyada sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə9. Uçhisar, NevşehirTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Kapadokya bənzərsiz landşaftı və ümumi atmosferi ilə oranı ziyarət edənlər üçün tamamilə başqa bir dünya açır. Üçhisar qalası isə Kapadokya’nın ən yüksək nöqtələrindən birində yerləşir və qayalara oyulmuş otaqlarıyla bölgənin mənzərəsinə xüsusi bir gözəllik bəxş edir.

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə10. Günəbaxan Tarlaları, TekirdağTürkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Türkiyədə mütləq görməli olduğunuz 10 mənzərə

Tekirdağ’da gözünüz görə bildiyi ən uzaq nöqtələrə qədər uzanan günəbaxan tarlalarının sarı və yaşıl rəngləri səmanın mavi rəngi ilə birləşərək, mükəmməl bir görüntü yaradır. Bura gedənlər şəkil çəkdirmədən geri qayıda bilməzlər! Bu mənzərə sizin uzun müddət yaddaşınızda qalacaq.


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 23 Ekim 2015 22:43
    Trabzon menım ucun daha maraqlıdı.. Yemeklerı ınsanları medenıyyetı.. Bırde turkıyenın adalarında olmaq ısdıyerdım.. Maraqlı xeber ucun tewekkurler
  2. -Aydan-
    -Mardinə hər zaman getmək isdəmişəm .. Çox gözəl görünüşü var..
    - Ancaq ilk dəfə idi Pamukkale, Denizli ərazisin görürdüm çox maraqlı yerdi..
    Təşəkkürlər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.