Praqada görməli olduğunuz yerlər

13 Şubat 2016
4 326
1
Praqada görməli olduğunuz yerlər
Praqada görməli olduğunuz yerlər

Praqada görməli olduğunuz yerlər

Avropanın şərqində, Frans Kafkanın, Vaclav Havelin vətəni olan Praqadayıq. Vltava çayının sahilində qəsrləri, muzeyləri, əyləncə məkanları və içkiləri ilə (daha dəqiq desək pivəsi) ilə hər kəsi özünə heyran qoyan Praqanı daha yaxından tanımaq üçün siyahımızla tanış olmağa başlayaq.

Praqada görməli olduğunuz yerlər

Charles Bridge

Praqada görməli olduğunuz yerlər

Vltava çayı üzərində inşa olunmuş on üç körpüdən biri olan Charles Bridge olduqca çox turisti özünə cəlb edir. Çex dilində Karlov most deyilən körpü üzərində xeyli sayda heykəllər var. Sadəcə piyada gəzintisinə icazə verilən körpü 1357-1402-ci illər ərzində inşa olunub və hal-hazırda da həssaslıqla qorunur.

Praqada görməli olduğunuz yerlər

Prague Castle

Praqada görməli olduğunuz yerlər

Şəhərin əksər yerindən görünən qalanın içində prezident iqamətgahı, kilsələr və bir neçə muzey yer alır. Praqanın mükəmməl mənzərəsi olan yerdə Franz Kafkanın bir müddət yaşadığı evi də görmək mümkündür.

Praqada görməli olduğunuz yerlər

Franz Kafka muzeyi

Praqada görməli olduğunuz yerlər

Charles Bridge’lə arasında cəmi bir neçə dəqiqəlik məsafə olan muzeyə girsəniz Kafka haqqında geniş məlumatlar əldə edə biləcəksiniz. Muzeydə Kafkanın bəzi şəxsi əşyaları, məktubları da sərgilənir. Muzeyin həyətində isə şəkildə gördüyünüz məşhur heykəl var.

Praqada görməli olduğunuz yerlər

Yəhudi məhəlləsi

Praqada görməli olduğunuz yerlər

Praqanın mərkəzində yerləşən lyuks bir məhəllədir. İkinci dünya müharibəsinə qədər Praqada xeyli sayda yəhudi yaşayırdı və məhz elə bir çox binada onların imzası var. Bura isə onların çoxluqda olduğu bölgə idi. İndilərdə bahalı mağaza və restoranlar olan yerdə sinaqoqları görmək mümkün olur. Eyni zamanda burada, qəbirlərin üst-üstə olduğu tarixi qəbirstanlıq yer alır.

Praqada görməli olduğunuz yerlər

Wenceslas Square

Praqada görməli olduğunuz yerlər

Praqanın mərkəzi meydanı hesab olunur. Meydanın yuxarı hissəsində böyük bir muzey var. Bu meydan, faşist və kommunist işğallarından, bənövşəyi inqilab kimi bir çox tarixi hadisəyə şahidlik edib.

Praqada görməli olduğunuz yerlər

Palladium

Praqada görməli olduğunuz yerlər

Şəhərin mərkəzində yerləşən alış-veriş mərkəzi alver etmək və vaxtınızı keçirmək üçün ən uyğun yerlərdən biridir. Palladiumu memari quruluşu zövqsüz və şəhərin selulletini pozan alış-veriş mərkəzləri üçün nümunəvi örnək olaraq da göstərmək lazımdır.

Praqada görməli olduğunuz yerlər

Rəqs edən bina

Praqada görməli olduğunuz yerlər
Ali Ertürk Copy Right

90-cı illərin əvvəlində müstəqillik elan olunduğdan sonra Vaclav Havel’in məsləhəti ilə Praqaya daha müasir bir şəhər görüntüsü vermək üçün inşa olunmuşdu. Bir çox memar tarixi binların olduğu yerdə bu binanın şəhər görüntüsünü pozduğunu iddia edərək bu binanı bəyənmir. Sonrakı illərdə şəhərin mərkəzində belə binalar inşa olunmadığı üçün binanın turistlərin və şəhər əhalisinin gözündə xüsusi yeri var.

Praqada görməli olduğunuz yerlər

Narodni Divadlo ( National Theatre)

Praqada görməli olduğunuz yerlər

Praqada görməli olduğunuz yerlər

Vltava çayının kənarında Praqanın ən görkəmli binasıdır. Xüsusilə binanın üzərindəki kiçik və böyük heykəllər hər kəsin diqqətini çəkir. İnşa olunduqdan sonra dəfələrcə yanan teatr müasir dövrə gəlib çıxmağı da bacarıb.

Praqada görməli olduğunuz yerlər

Gecə klubları

Praqada görməli olduğunuz yerlər

Şərqi Avropanın Amsterdamı olaraq da görülən şəhərin maraqlı gecə həyatı var. Praqada əylənmək üçün mütlər özünüzə uyğun məkan tapacaqsınız . Charles körpüsünün yaxınlığıda Karlove Lazne Şərqi Avropanın ən böyük musiqi klubu sayılır.

Praqada görməli olduğunuz yerlər

İçkilər

Praqada görməli olduğunuz yerlər

Avropada pivə müxtəlifliyinin və keyfiyyətinin ən yüksək olduğu ölkələrdən biridir. Şəhərdə olan əksər restoranlar da məhz yerli pivələrə üstünlük verir.. Bundan başqa absent və becherovka da spirtli içkilər arasında populyar hesab olunur. Çexiyanı içki sevənlərin korluq çəkmədiyi ölkə hesab edə bilərik.

Praqada görməli olduğunuz yerlər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    reqs eden bina celb edicidir..ellerinize sagliq paylaşim ucun sag ol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.