Londonda görməli olduğunuz yerlər

21 Ekim 2015
8 521
5
Londonda görməli olduğunuz yerlər
Londonda görməli olduğunuz yerlər
Londonda görməli olduğunuz yerlər

Dünyanın mərkəzi hesab olunan iki şəhərindən biri də Londondur. İkinci mərkəz olaraq görülən New York’u bəziləri hətta Londondan bəhrələnərək qurulmuş şəhər hesab edir. Böyük Britaniyanın paytaxtı muzeyləri, əyəncə məkanları, metrosu, stadionları ilə hər kəsi özünə aşiq edən mükəmməl bir şəhərdir.

FeaT.aZ Pahoo.az-a istinadən Londonun ən gözəl yerlərini bir siyahıda topladı. Əminik ki, bu siyahıdan sonra Londona səyahət etmək arzunuz birə-beş artacaq.


Londonda görməli olduğunuz yerlər

Piccadilly Circus

Londonda görməli olduğunuz yerlər

Tower Record,Madame Tussaud’s Rock Circus ve Segaworld’un olduğu Londonun ən fəal və məşhur nöqtələrindən biri.

Notting Hill

Londonda görməli olduğunuz yerlər

Victorian evləri, bahalı butikləri və restoranları ilə Londonun ən gözəl məhəllələrindən biri sayılır. Londona gedənlərin Notting Hill’də mütləq gəzməsi məsləhət olunur.

Leicester Square

Londonda görməli olduğunuz yerlər

Gecə həyatı ilə məşhur olan meydanda xeyli sayda restoran, bar və kinoteatr yer alır. Özəlliklə kinoteatrları ilə məşhur meydanı axşam saatlarına ziyarət edin.

Tower Bridge

Londonda görməli olduğunuz yerlər

London qalasının yaxınlığında yerləşdiyi üçün körpü “qala körpüsü” adlandırılıb. Bask üslubunda inşa olunmuş körpülər arasında ən məşhurudur. London şəhərinin qərbində ticarətin sürətlə inkişaf etməsi, şəhərin digər tərəfində yaşayan insanlarla rahat əlaqə qurmalar; üçün 1894-cü ildə istifadəyə verilmişdir.

Hide Park

Londonda görməli olduğunuz yerlər

Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. İngiltərədən kənarda Hayd-parkı daha çox burada yerləşən Speakers’ Corner tanıdır. Məhz buna görə Hayd-park istənilən fikri və ideyanı səsləndirə biləcək yerə sinonim hesab edilir.

Knightsbridge

Londonda görməli olduğunuz yerlər

Hide Parkın cənubunda yerləşən bölgə Londonda olan bir çox xarici səfirliklər və muzeylərin yerləşdiyi yer kimi məşhurdur. Victoria və Alber muzeyi də burada yerləşir.

Big Ben

Londonda görməli olduğunuz yerlər

Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsidir. 13,5 tonluq 5 ədəd zəng çanağından ibarət bu saatın səsini xalq arasında “Britaniyanın səsi”də adlandırırlar . Big Ben Britaniyanın və Londonun simvolu sayılır.

Oxford Street

Londonda görməli olduğunuz yerlər

548 mağazası ilə Avropanın ən böyük alış-veriş mərkəzi hesab olunur.

Buckingham Palace

Londonda görməli olduğunuz yerlər

Britaniya monarxlarının (hazırda II Elizabetin) Londonda yerləşən rəsmi iqamətgahı. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sa olarkən onun damında kral bayrağı dalğalanır.

Bu sa şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Londona gələn turistlərin hamısı bu saraya mütləq baş çəkir. Saray yay aylarında turistlərə açıq olur.


London Eye

Londonda görməli olduğunuz yerlər

135 metr yüksəklikdə Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir.

Greenwich

Londonda görməli olduğunuz yerlər

Dünyanın ən böyük ikinci rəsədxanası və dəniz muzeyi ilə tanınır.

Camden Town

Londonda görməli olduğunuz yerlər

Altenativ əyləncə üçün Londonun ən cəlbedici yeri. Elə bu səbəbdən də siyahıya əlavə etmişik.

Trafalgar Square

Londonda görməli olduğunuz yerlər

Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    -` Məndə getmək isdirəm buralara 001 Təşəkkürlər xəbərə görə =)
  2. NURUS
    • NURUS
    • 22 Ekim 2015 12:09
    cox gozel yerlerdi insaAllah qismet olar gederik
  3. Jessica
    Baxdıqca insan baxmaq isteyir hele ele yerlerde olmaqı lap çox isteyir am
    İn şə Allah bir gün bizde ele yerleri yaxından görerik
  4. -Aydan-
    -Gedib görmədikdən sonra ..)
    -Gözəl yerlərdi.. paylaşdığın üçün təşəkkürlər.
  5. Laura
    • Laura
    • 21 Ekim 2015 23:26
    çox gözəl yerdir həmişə getmək istədiyim yerlerden biri olub)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.