Dünyanın ən qədim şəhərləri

22 Ekim 2015
3 808
3
Dünyanın ən qədim şəhərləri
Dünyanın ən qədim şəhərləri

Dünyanın ən qədim şəhərləri

Erixa, Fələstin

Dünyanın ən qədim şəhərləri

Bəzi mənbələrə görə dünyanın ən qədim yaşayış məskəni olan Erixada arxeoloqlar tərəfindən 20 fərqli dövrə aid təbəqə tapılıb və bunlardan ən qədim olanı isə miladdan öncə 11 min il keçmişə gedib çıxır. Qərbi Şəria’da İordaniya çayının yaxınlığında yer alan şəhərdə hələ də 20 minə yaxın insan yaşayır.

Dünyanın ən qədim şəhərləri

Biblos, Livan

Dünyanın ən qədim şəhərləri

Finikiyalılar tərəfindən Gebal olaraq qurulan şəhərin hal-hazırki adı, buradan tütün idxal edən yunanlar tərəfindən verilib. İngliscə “Bible” (İncil) adı Byblos yəni Biblosdan gəlir. Şəhərin diqqətçəkən yerləri arasında Finikiyalılar aid ibadət yerləri, Biblos qalası və St John Baptis kilsəsi var. Biblos şəhərində Biblos Beynəlxalq Festivalı keçirilir. Bu günə qədər, festivalda Keane və Jethro Tull kimi qruplar konsertlər verib.

Dünyanın ən qədim şəhərləri

Şam, Suriya

Dünyanın ən qədim şəhərləri

Bəzi qaynaqlara görə şəhər olaraq insanların məskunlaşdığı ilk yer məhz elə buradır. Şamın yaşayış məskəninə çevrilməsinin b.e.ə 10 min illərə qədər keçmişi olduğu deyilir. Bu şəhərin mühüm mərkəzə çevrilməsi Aramilərlə əlaqəlidir. Aramilər şəhərlərə nümunə olacaq müasir su kanalları qurmuşdular. Makedoniyalı İsgəndərin işğalından sonra şəhər, Roma, Ərəb və Osmanlı imperiyalarının tərkibində olub. Hal-hazırda vətəndaş müharibəsinin və xaosun olduğu şəhər vaxtı ilə turistlərin ən sevimli yerlərindən biri idi.

Fransız yazıçı və tarixçi Hilarie Beloc Şam haqqında belə deyir: “Şam bir simvoldur. Bir simvollar toplusu da deyə bilərik. Tarix boyunca dövlətlərin, müharibələrin və insanlığın simvoludur.”


Dünyanın ən qədim şəhərləri

Hələb, Suriya

Dünyanın ən qədim şəhərləri

4.4 milyonluq əhalisi ilə Suriyanın ən böyük şəhəri olan Hələb b.e.ə 8000 ilində “Halab” adıyla qurulmuşdu. Arxeoloq və tarixçilər tərəfindən çətinliklə qorunmağa çalışılsa da müasir tikintilər və müharibələr antik şəhərin qalıqlarını yox edib. Şəhər, b.e.ə 800 illərində hititlər tərəfindən nəzarət olunurdu. Daha sonra aşurlar, yunanların nəzarətində olan şəhər, Bizans, Roma, Ərəb imperiyalarının işğalı altında da olub. Xaç səfərləri və monqolların istilasını da görən dünyanın ən qədim şəhəri hələ də var olma savaşı verir.

Dünyanın ən qədim şəhərləri

Afina, Yunanıstan

Dünyanın ən qədim şəhərləri

Qərb mədəniyyətinin doğulduğu və inkişaf etdiyi yer olan Yunanıstanın paytaxtı tarix boyu əhəmiyyətli şəhər olaraq qalmağı bacarıb. Bizans, Roma və Osmanlı dövrlərinin tarixi abidələrinə sahib olan əfsanəvi şəhər ən çox turist qəbul edən yerlərdən biridir.

Dünyanın ən qədim şəhərləri

Balx, Əfqanıstan

Dünyanın ən qədim şəhərləri

İlk yaşayışın b.e.ə 1500-ci ildə olduğu təxmin edilir. Antik yunanda “Bactra” olaraq bilinməktəydi. Əfqanıstanın şimalında yerləşən şəhər ərəblər tərəfindən “şəhərlərin anası” adlanır. Hələ də yaşayışın davam etdiyi şəhər bölgənin pambıq mərkəzidir.

Dünyanın ən qədim şəhərləri

Ərbil, İraq

Dünyanın ən qədim şəhərləri

Orta Şərqdə yerləşən şəhər 26 metrlik bir qalaya sahibdir. Fərqli dövrlərdə, Aşurlular, Sasanilər, Ərəb və Osmanlı imperiyasının tərkibində olub. Ərbil eyni zamanda uzun illər İpək Yolunun ən mühüm dayanacaqlarından olub.

Dünyanın ən qədim şəhərləri

Sur, Livan

Dünyanın ən qədim şəhərləri

Dünyanın ən qədim şəhərləri

Qüds, Fələstin

Dünyanın ən qədim şəhərləri

Yəhudilərin mənəvi mərkəzi və İslamın üçüncü müqəddəs şəhərində Ağlama divarı, Məzarlıq kilsəsi, Qubbət-us Sahra və Məscid-i Aksa kimi müqəddəs, tarixi məkanlar var. Tarix boyunca 23 dəfə mühasirəyə alınıb, 52 dəfə hücum olub, 44 dəfə ələ keçirilib və iki dəfə tamamilə dağıdılıb.

Dünyanın ən qədim şəhərləri

Thebes, Yunanıstan

Dünyanın ən qədim şəhərləri

İlk məskənlərin salınması b.e.ə 1400 illərdə olduğu təxmin edilir. Thebes, Boeotia birliyi tərəfindən idarə olunan və Afinanın ən böyük rəqibi hesab olunan şəhər idi. Fars imperatoru İ. Serhas’ın Afinaya hücumunda onlara dəstək olmuşdu. İndilərdə Thebes artıq kiçik qəsəbədir.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 22 Ekim 2015 19:56
    Afına, Yunanıstan menım ucun maraqlı olkedı. Yunanıstanı adaların gormek ısdıyerem.. Maraqlı melumat ucun tewekkurler..
  2. -Aydan-
    Bir-iksin bilirdim.. Çoxusunun Suriya Fələstin olmasının səbəbi Həmin yerlərdə insanların tez yaranması ilə əlaqədardır. MAraqlı xəbər üçün təşəkkürlər.
  3. SindireLLa
    Çoxusu suriya fələstin idi. Bilmirdim bulari. Təşəkkürlər Məlumata görə.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.