Bu şəhərin nağılı...░░░

21 Ocak 2015
2 549
0
Bu şəhərin nağılı...░░░
Bu şəhərin nağılı...░░░


Sevgi ilə ayrılıq arasındakı məsafə
Bu şəhərdə nikah salonu ilə məhkəmə zalı və şadlıq sarayı ilə qəbiristanlıq arasındakı məsafə qədərdir.....
Bu şəhərin zurnaçıları "Vağzalı"nı da "Zəminxarə"yə calayırlar.
Küçələri timsaha bənzəyir bu şəhərin.
Yeriməyə də qorxursan.....
Küçə udacaq səni elə bil.
Bu şəhərin nağılı...░░░
Gecələri nağıllardakı əjdahadır sanki bu şəhərin.
Qaranlıq düşüncə vahiməyə düşürsən.
Gecə üstünə şığıyır sənin.
Ağaclar da qol-budaq atmağa qorxur bu şəhərdə.
Bir az boy göstərdimi boynunu vururlar ağacların...
Bu şəhərin şahı da var, carçısı da, hələ üstəlik dar ağacı da.
Amma bu şəhərdə adamlar dar ağacından asılmır, dar ağacı asılır yekəqarın adamların onu-bunu hədələyən şəhadət barmağından....
Bu şəhərin nağılının sonunda
Göydən asılı qalıb üç alma.....
Satılacağından qorxduğu üçün...


Bu şəhərin nağılı...░░░
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.