Eyni Şəhərin ayrı insanları
Sənin pəncərəndə yanır bir işıq
Mənimsə pəncərəm üzü bağlıdır
Biz eyni şəhərdə ayrı qalmışıq
Yaramın içi yox, üzü bağlıdır
Görəsən o indi yatır yerində
Saçları özgənin sinəsindədir
Düşmən də olmasın mənim yerimdə
Nəfesi özgənin nəfəsindədir
Mən sənin yoluna daha çıxmaram!
Üz-üzə gəlməriy biz bu şəhərdə!
Təsadüf rast salsa sənə baxmaram!
Qaçaram, durmaram mən həmin yerdə!
Mənimsə pəncərəm üzü bağlıdır
Biz eyni şəhərdə ayrı qalmışıq
Yaramın içi yox, üzü bağlıdır
Görəsən o indi yatır yerində
Saçları özgənin sinəsindədir
Düşmən də olmasın mənim yerimdə
Nəfesi özgənin nəfəsindədir
Mən sənin yoluna daha çıxmaram!
Üz-üzə gəlməriy biz bu şəhərdə!
Təsadüf rast salsa sənə baxmaram!
Qaçaram, durmaram mən həmin yerdə!
Kənan M.M