»® Bu gecə kəsirəm şah damarımı...®«

01 Mart 2016
2 864
1
»® Bu gecə kəsirəm şah damarımı...®«
»® Bu gecə kəsirəm şah damarımı...®«

Bu gecə kesirəm şah damarımı,
Bu sənsiz həyatdan canım qurtarsın.
Yandırıb kül etdin arzularımı,
Süzülüb damardan qanım qurtarsın.

Alovum kül oldu,soyub gedirəm,
Bu zalım sevgidən doyub gedirəm.
Mənim hər neyim var, qoyub gedirəm,
Götür bərk qucaqla, dərd-qübarımı.

Qəlbimdən pozmaram sənin adını,
Bıçaqla cızmaram sənin adını,
Qanımla yazmaram sənin adını,
Polislər tanımaz zülmkarımı..
.
Bu sevgi alınmır, zor ilə, guclə,
Almışdın əlimdən ixtiyarımı.
Kəsəcəm venamı, iti ülgüclə,
Duyan olmayacaq ahu-zarımı...

Güzgüdə özümə baxım kəsərəm,
Özümü qibləyə yıxıbb kəsərəm.
Sən adlı damarı sıxıb kəsərəm,
Qıymaram incidəm damarı yarım.
Son dəfə üzünə gülüm - vəssalam,

Solmasın verdiyim gulum, vəssalam.
Gedirəm kəsməyə, gülüm vəssalam,
Dəyişə bilmərəm bu qərarımı.
Bu gecə kəsirəm şah damarımı...


»® Bu gecə kəsirəm şah damarımı...®«


KƏNAN MM..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
allah bendesi
beyenmedim:(((..cox sag olun teşekkur
RƏY ƏLAVƏ ET