Tərk edilmiş turistik məkanlar

27 Ekim 2015
1 911
2
Tərk edilmiş turistik məkanlar
Tərk edilmiş turistik məkanlar

Tərk edilmiş turistik məkanlar

Bir zamanlar hər kəsin diqqətinin üzərində olduğu bu turistik məkanlar artıq nostalgiya mövzusuna çevrilib. Bunlardan bəzilərini təbiət özü, bəzilərini insanlar, bəziləri isə sadəcə olaraq modayla ayaqlaşa bilməyiblər.Tərk edilmiş turistik məkanları təqdim edirik:

Tərk edilmiş turistik məkanlar

Buenos Aires, Villla-Epecuen: Təbiət özü qərar verdi.

Tərk edilmiş turistik məkanlar

Buenos Aires’ə yaxın bir yerdə olan məşhur sağlıq və istirahət mərkəzi Villa-Epecuen təbiətin gücü qarşısında çarəsiz qalan məkanlar arasında yer alır. İqlim dəyişiklikləri buranı davamlı yağış yağan bir yerə çevirdi. Son on ildə yağan yağış tam on dəfə artdı. Yağışlar burada olan gölün daşmasına və davamlı olaraq sel olmasına gətirib çıxardı. Suların daşması nəticəsində Villa-Epucuenin böyük qismi suyun altında qalaraq dağılıb.

Tərk edilmiş turistik məkanlar

Modanın qurbanı Rossinger oteli

Tərk edilmiş turistik məkanlar

1919-cu ildə açılan və keçən əsrdə ABŞ’ın ən populyar xizək mərkəzlərindən biri olan Grossinger New York’a yaxın bir yerdədir. Hippi modasının başlamasıyla köhnə üsul tətil etmək gənclər arasında cəlbediciliyini itirdi. Grossinger’in sahibləri bura turist çəkmək üçün hər yola əl atsa da uğurlu ola bilmədilər və məşhur otel 1986-cı ildə bağlandı.

Tərk edilmiş turistik məkanlar

Müharibənin məhv etdiklərindən: Kupari qəsəbəsi

Tərk edilmiş turistik məkanlar

Xorvatiyanın Kupari tətil qəsəbəsi Yuqoslaviyada olan müharibəyə görə tərk edilən məkanlardan biridir. Adriatik dənizinin sahilində ən yaxşı tətil yerlərindən biri hesab olunan Kupari 20. əsrin ortalarında inşa edilmişdi. Müharibə vaxtı dağılan otellərin qalıqları hələ də qalır. Yay aylarında qəsəbənin çimərliklərini artıq sadəcə bölgə sakinləri istifadə edir. Buranın sahilləri hələ də Adriatikin ən yaxşılarından biri hesab edilir.

Tərk edilmiş turistik məkanlar

San Antonio de Tequendama: İnsan fəlakəti

Tərk edilmiş turistik məkanlar

Tərk edilmiş turistik məkanlar

Kolumbiyanın San Antonio del Tequendama şəhərindəki El Hotel del Salto 1950-ci illərdə çox populyar bir məkan idi. Zəngin kolumbiyalıların ən böyük əyləncələrindən biri də 137 metrlik bu şəlaləni izləmək və burada istirahət etmək idi. 1970-ci illlərdə çaylardakı çirklənmə və sənayə qalıqları səbəbi ilə çaylar qurumağa başladı. Bu səbəblə tətil üçün buraya gələnlərin sayı sürətlə azaldı.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Nə gözəl nə maraqllı yerlərdi,Atıb gediblər..
    -Maraqlı xəbərdir Təşəkkürlər\...
  2. AleDa
    • AleDa
    • 27 Ekim 2015 19:32
    Buenos Aires, Villla-Epecuen: Təbiət özü qərar verdi.

    En cox bunu beyendım. Gesey gorunur. Maraqlı melumat ucun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.