Qarağatlı vatruşka (foto-resept)

02 Kasım 2015
1 506
2
Qarağatlı vatruşka (foto-resept)
Qarağatlı vatruşka (foto-resept)

Tərkibi:

xəmir:

300 ml süd
10 q quru maya
100 q yağ
1 çimdik duz
3 x.q. şəkər tozu
un - aldığı qədər


iç:

qırmızı qarağat
şəkər tozu


Hazırlanması:

Mayanı isti süddə, yağı isə su hamamında əridin.
Unun bir hissəsini şəkər tozu və duzla qarışdırın, mayalı südü, ərinmiş yağı əlavə edib qarışdırın. Az-az un əlavə edərək elastik xəmir yoğurun.
Xəmiri 1 saat saxlayın. Bu müddətdə 2 dəfə ətləyin.

Xəmiri qalın kolbasa formasına salın. İti bıçaqla dilimləyin. Ortasını basıb kənarlarını azca qaldırın. Ortasına qırmızı qarağat töküb şəkər tozu səpin.

Kənarlarına yumurta çəkin. 180 dərəcə qızdırılmış sobada kənarları qızaranadək bişirin.

Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.

Qarağatlı vatruşka (foto-resept)

Qarağatlı vatruşka (foto-resept)

Qarağatlı vatruşka (foto-resept)

Qarağatlı vatruşka (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -ayy nə dadlı görünür)
    -Çox sevdim)
    -TəşəkkürləR.
  2. AleDa
    • AleDa
    • 3 Kasım 2015 13:14
    Qaragat xoslamıram ama dadlı gorunur..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.