Kremli Banan və Giləmeyvə Deserti

28 Kasım 2015
1 802
0
Kremli Banan və Giləmeyvə Deserti
Kremli Banan və Giləmeyvə Deserti

Kremli Banan və Giləmeyvə Deserti

Kremli Banan və Giləmeyvə Deserti

Note:
Istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanarda, bakallarda da hazırlaya bilərsiniz. Bir də qeyd edim ki, buradakı krem bir qədər qatı olur, puddinq kimi. Kremin bir az duru olmasını istəyirsinizsə, südün miqdarını bir az azaldın.

Krem Üçün:

2 stəkan + bir stəkanın dörtdə biri qədər süd
2 ədəd yumurta
14 xörək qaşığı şəkər tozu
4 xörək qaşığı un
2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)
2 xörək qaşığı təzə sıxılmış limon suyu
1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)
2 xörək qaşığı narın rəndələnmiş limon qabığı
1 xörək qaşığı kərə yağı

Meyvə Layları Üçün:

5-6 ədəd banan – yumru-yumru doğrayın
3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)

Bəzək Üçün:

Təzə nanə yarpaqları

Hazırlanma Qaydası:

Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

Kremli Banan və Giləmeyvə Deserti

Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün.

Kremli Banan və Giləmeyvə Deserti

Üstünə giləmeyvələri yığın.

Kremli Banan və Giləmeyvə Deserti

İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.

Kremli Banan və Giləmeyvə Deserti

Kremli Banan və Giləmeyvə Deserti
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.