Nudli (foto-resept)

01 Aralık 2015
1 496
2
Nudli (foto-resept)
Nudli (foto-resept)

Tərkibi:

500 q mal əti (toyuq əti də olar)
1 kq kartof
soğan
yerkökü
duz
istiot

nudli:

0,5 st. qatıq
1/4 ç.q. soda
duz
un (lazımi qədər)
3 diş sarımsaq
şüyüd



Hazırlanması:

Soğanı xırda doğranmış yerkökü ilə qovurun. Orta ölçüdə doğranmış əti əlavə edin, duz-istiot vurun. Ət qovrulandan sonra az-az su əlavə etməklə yumşalanadək bişirin.

Nudli üçün qatıq, soda və duzu qarışdırın, unu tədricən əlavə etməklə bərk olmayan xəmir yoğurun. Bir qədər saxlayın.

Orta ölçüdə olan kartofları təmizləyib dörd bölün, ayrıca qızardın (kartofu çiy də qata bilərsiniz, amma qızardılanda daha dadlı olur).

Kartofu bişmiş ətə əlavə edin, kartofun tam üstünə çıxmayacaq qədər su tökün.

Xəmiri yayın, bitki yağı çəkin (kartofu qızartdığınız yağı çəksəniz, onda da dadlı alınacaq), sarımsağı əzib yağın üstündən çəkin, doğranmış şüyüd səpin. Rulet kimi bükün. 1,5 sm enində doğrayın.

Kartof bişənə yaxın üzərinə nudlini düzün, suyu az olarsa, əlavə edin, qazanın qapağını örtüb 15 dəqiqə vam odda bişirin. Bişən zaman nudlinin həcmi artacaq.

Üzərinə doğranmış cəfəri səpin.


Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nudli (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Ne güzel))
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 1 Aralık 2015 22:29
    Buna oxsar bir yemek yemisem.Dadliydi..Buda gozel gorunur..Tesekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.