Vyana şokolad tortu (foto-resept)

02 Aralık 2015
2 392
1
Vyana şokolad tortu (foto-resept)
Vyana şokolad tortu (foto-resept)

Qeyd: Orijinal resept tortu bişirmək üçün 18 sm-lik qab götürməyi tövsiyyə edir. Amma mənim belə bir qabım olmadığına görə 23 sm-lik qab istifadə etdim. Anladığınız kimi tort olmalı olduğundan nazik alındı, amma yenə də görkəmi kifayət qədər yaxşı oldu. Həmçinin mənim tortumun üzərində kokos ovuntusuna diqqət yetirin. Bu ərzaq reseptdə yox idi. Mən ondan tortun üzərindəki bəzi qüsurları örtmək üçün istifadə etdim. (Biskvit niyəsə qlazurun bir hissəsini hopdurdu və tortun üstü kifayət qədər parıltılı olmadı. Mən də problem kokos ovuntusu ulə həll etdim.) Yəni bu ərzaq vacib deyil.

Tərkibi:

Şokolad qlazuru üçün:

1/2 stəkan su
2/3 stəkan çox incə şəkər tozu (əgər adi şəkər tozunuz varsa onu narın hala gətirmək üçün prosessordan istifadə edə bilərsiniz)
1 xörək qaşığı şirin olmayan (acı) kakao tozu
1/2 çay qaşığı limon suyu
100 qram yarışirin qara şokolad, doğranmış

Biskvit üçün:

5 xörək qaşığı Westgold kərə yağı, otaq temperaturunda yumşaldılmış
1/3 stəkan çox narın şəkər tozu
2 yumurta, otaq temperaturunda
1 1/4 stəkan narın çəkilmiş badam (badam unu)
1/3 stəkan un
3/4 çay qaşığı qabartma tozu

İçlik üçün:

1/2 stəkan yaxşı ərik cemi, bir qədər su, yaxud konyakla qarışdırılmış və isidilmiş (Həddindən artıq şirinləşdirilməmiş cem götürmək daha yaxşıdır. Əks halda tort çox şirin və ağır olacaq. Əgər istəsəniz ərik cemini başqa bir cemlə əvəz edə bilərsiniz.)


Hazırlanması:

Vyana şokolad tortu (foto-resept)

Şokolad qlazurunu hazırlayın:

Su, şəkər, kakao və limon suyunu eynicinsli kütlə alınana qədər qarışdırın, sonra dərin qabda qaynama həddinə çatdırıb 1 dəq bişirin. 5 dəq ərzində soyutduqdan sonra şokoladı əlavə edib əriyənə qədər qarışdırın. Ölçü stəkanına töküb isti saxlayın (daha sonra qlazuru iki bərabər hissəyə böləcəksiniz).

Vyana şokolad tortu (foto-resept)

Tortu hazırlayın:

Sobanı 190ºC-yə qədər qızdırın. 18 sm-lik dəyirmi tort qabıın (Qeydə baxın) kənarlarını və dibini kərə yağı ilə yağlayın və dibinə perqament kağızı döşəyin. Kərə yağı, şəkər və bir yumurtanı köpüklü olana qədər təxminən 2 dəqiqə çalın. Qalan yumurtanın sarısını ağından ayırın, ağını təmiz bir dərin qabda saxlayın, sarısını isə üyüdülmüş badam və şokolad qlazurunun yarısını çalıb tort qarışığı hazırlayın.Ayrıca bir qabda yumurta ağını təmiz elektrik mikseri ilə yumşaq təpəciklər alınana qədər çalın. Unu və qabartma tozunu tort qarışığının üzrəinə ələyin, yaxşıca qarışdırın. Sonra isə tez və yüngül qarışdırmaqla yumurta ağını əlavə edin.

Vyana şokolad tortu (foto-resept)

Tortu bişirin:

Xəmiri ehtiyatla tort qabına sıyırın.

Vyana şokolad tortu (foto-resept)

Üzərini folqa ilə örtüb təqribən 35 dəqiqə, yaxud bərkiyənə qədər sobada bişirin.

Vyana şokolad tortu (foto-resept)

Bişdikdən sonra xəmirə batırılmış çöpün üzərində yalnız bir neçə nəm qırıntı ola bilər. Üstünü açmadan qabdaca soyudun.

Vyana şokolad tortu (foto-resept)

Daha sonra onu üfüqi şəkildə üç qata bölün.

Vyana şokolad tortu (foto-resept)

Tortu hazırlayın:

Qatlardan ikisinin bir tərəfinə cem yaxın. Bu qatları cemli tərəfi yuxarı olmaqda bir-birinin üzərinə qoyun. Sonra üçüncü qatı da qoyub qalan şokolad qlazurunu üzərinə və kənarlarına tökün (istəsəniz qlazuru tökməzdən əvvəl tortu perqament kağızının üzərinə yerləşdirilmiş soba rəfinə də qoya bilərsiniz; qlazurun damcıları kağıza töküləcək, siz də onu rahatca götürüb ata biləcəksiniz). Qlazurun özünü tutması üçün kənara qoyun.


Vyana şokolad tortu (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 5 Aralık 2015 12:47
    Gesey gorunur.. Bılırem bu reseptı..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.