James Bond filminin əsl tarixçəsi

12 Aralık 2015
1 462
1
James Bond filminin əsl tarixçəsi
James Bond filminin əsl tarixçəsi

James Bond filminin əsl tarixçəsi

1960-cı illərin əvvəlində Britaniyada baş verən bir skandal Britaniya kəşfiyyatının imicinə ləkə gətirmişdi. Skandalın əsas qəhrəmanı John Profumo idi. Profumo Britaniya kral ailəsinin qohumlarından biri idi. 1940-cı illərdə 25 yaşında İngiltərə tarixinin ən gənc millət vəkili seçilmişdi. Sonralar karyerasında yüksəlişlər başlamış və nazir vəzifəsinə kimi yüksəlmişdi.

James Bond filminin əsl tarixçəsi
John Profumo

James Bond filminin əsl tarixçəsi

Profumo gözəl qadınların dəvət edildiyi əyləncəli yığıncaqlarla tanınan Stephan Ward‘ın təşkil etdiyi bir partidə, Christen Keeler və Mandy Rice Davies adlı qadınlarla tanış olur. Christen Keeler KQB-nin tanınmış simalarından olan Evgeniy İvanov‘un məşuqəsi idi. Həmin vaxtlarda Müharibə Naziri Profumo ABŞ-la birlikdə Qərbi Almaniyaya gəmi raketlərini yerləşdirmə planı üzərində işləyirdi. Keeler və Mandy birlikdə olduqları zaman ərzində, onun yataq otağından əldə etdikləri məlumatları (ciblərindən və çantalarından oğurladıqları məlumatları) SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) göndərirdilər. Bu məlumatlar çox böyük əhəmiyyət kəsb etməsələr də, prestij cəhətdən çox önəmli idilər.

James Bond filminin əsl tarixçəsi
Christine Keeler və Mandy Rice Davies

James Bond filminin əsl tarixçəsi

Skandal mediaya çıxdığından sonra KQB-nin nüfuzu daha da yüksəlmiş, Müharibə Naziri təhlükəyə düşmüş Britaniya və onun gizli xidmət orqanın nüfuzu pis vəziyyətə düşmüşdü. KQB 2 qadın vasitəsilə Britaniya siyasəti və kəşfiyyatını sarsıtmağa nail olmuşdu. Bu hadisə nəticəsində, dövrünün ən parlaq adlarından biri olan Profumo vəzifəsindən istefa etdi və siyasi karyerasına son qoydu. Britaniya kəşfiyyatı isə nüfuzunu yenidən qaldırmaq üçün plan qurmağa başladı. Profumo’nu həmin qızlarla tanış edən Stephan Ward isə şübhəli şəkildə intihar etdi.

James Bond filminin əsl tarixçəsi

James Bond filminin əsl tarixçəsi

Britaniya kəşfiyyatı ingilis jurnalist və yazıçı Ser Ian Fleming‘ə müraciət etdi. Kəşfiyyat idarəsi onların nüfuzunu yenidən qaldırması üçün güclü təbliğat vasitəsinə ehtiyac duyurdu. Bu iş də Fleming’in çiyinləri üzərinə düşdü. Beləliklə də, bu ləkəni təmizləmək, tamamilə unutdurmaq və MI6-nın nüfuzunu əvvəlki mövqeyinə qaytarmaq üçün qəribə bir addım atıldı – “James Bond” adında film qəhrəmanı yaradıldı. Nəticədə MI6-nın super qəhrəmanı James Bond dünyaya təqdim edildi. Dövlətin verdiyi dəstəklə bir neçə hissədən ibarət James Bond filmləri çəkildi və dünyaya yayıldı. Bond filmlərdə həmişə gözəl qızlarla birlikdə olur, amma heç vaxt Profumo’nun düşdüyü tələlərə düşmür. Filmlərin mövzusu dəyişsə də, Bond həmişə gözəl qızlarla birlikdə olur və Britaniya kəşfiyyatının superqəhrəmanı qadınların ona qarşı hazırladıqları hiyləgər plandan uğurla çıxır.

James Bond filminin əsl tarixçəsi

James Bond filminin əsl tarixçəsi

Sonralar xeyriyyə işləri ilə məşğul olan Profumo’nun üzərindən tələnin təsiri yenə də keçmədi. Rusiyada bu mövzuyla bağlı təbliğat xarakterli kitablar yazılır, bu kəşfiyyat uğurunun unudulmasının qarşısı alınırdı.


Fuad Məmmədzadə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Alev..
    • Alev..
    • 12 Aralık 2015 14:07
    Ward‘ın təşkil etdiyi bir partidə, Christen Keeler və Mandy Rice Davies adlı qadınlarla tanış olur. Christen Keeler KQB-nin tanınmış simalarından olan Evgeniy İvanov‘un məşuqəsi idi.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.